
Görkəmli baletmeyster, Xalq artisti Maqsud Məmmədov son mənzilə yola salınıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, mərhumla vida mərasimi əvvəlcə Təzəpir məscidində təşkil olunub.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də onun sənət yoldaşları iştirak ediblər.
Vida mərasimindən sonra cənazə İkinci Fəxri xiyabana aparılaraq dəfn olunub.
Qeyd edək ki, Maqsud Məmmədov aprelin 13-də 97 yaşında dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.