14-04-2026, 20:48 519

Ayağı ayağın üstünə qoyaraq oturmağı səvənlərə VACİB AÇIQLAMA

Ayağı ayağın üstünə qoyaraq oturmaq vərdişi uzun müddətdir zərərli hesab olunur. Buna bel ağrıları, oynaq problemləri və hətta varikoz kimi hallar aid edilirdi. Lakin müasir araşdırmalar göstərir ki, əksər insanlar üçün bu, təhlükəli deyil.

AVESTA.AZ xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat verir.

Alimlərin qeyd etdiyinə görə, bu cür oturuşun onurğaya zərər verdiyini, bud-çanaq və ya diz oynaqlarını "köhnəltdiyini" və ya varikoz damar genişlənməsinə səbəb olduğunu təsdiqləyən inandırıcı sübutlar yoxdur. Daha vacib olan isə konkret poza deyil, uzun müddət eyni vəziyyətdə qalmaqdır.

"Düzgün" oturuş ideyası əsasən köhnə intizam və duruş anlayışlarından formalaşıb. Zamanla sosial normalar tibbi tövsiyə kimi qəbul edilməyə başlanıb.

Eyni zamanda, ayaqları çarpaz vəziyyətdə uzun müddət saxlamaq zamanı yaranan narahatlıq hissi zədələnmə demək deyil. Bu, sadəcə mövqeni dəyişməyin vaxtının çatdığını göstərən siqnaldır.

Araşdırmalar göstərir ki, bel üçün qoruyucu olan tək bir "ideal" oturuş mövqeyi yoxdur. Əksinə, onurğa müxtəlif vəziyyətlərə uyğunlaşa bilir. Əsas risk faktoru isə hərəkətsizlikdir - insan düz otursa da, qamətini bükərək otursa da, ayaqlarını çarpaz qoysa da fərq etmir.

Oynaqlar üçün də vəziyyət oxşardır. Diz və bud oynaqları gündəlik həyatda - yeriyərkən, qaçarkən və ya pilləkən qalxarkən - daha böyük yüklərə məruz qalır. Oturarkən bucağın qısa müddətli dəyişməsi artrit və ya digər zədələnmələrlə əlaqələndirilmir.

Ayaqları çarpaz qoymağın varikozla əlaqəsi də təsdiqlənmir. Bu xəstəlik damar qapaqlarının funksiyasının pozulması nəticəsində yaranır və onun riski yaş, irsiyyət, hamiləlik, artıq çəki və uzun müddət ayaqüstə qalmaq kimi amillərlə bağlıdır. Ayaqları çarpaz qoymaq qan dövranına müvəqqəti təsir göstərə bilər, lakin xəstəlik yaratmır.

Bəzi hallarda həkimlər bu pozadan çəkinməyi tövsiyə edə bilər - məsələn, bud-çanaq oynağında əməliyyatdan sonra və ya lokal ağrı olduqda. Lakin bu, müvəqqəti və fərdi məhdudiyyətlərdir, ümumi qayda deyil.

Mütəxəssislərin fikrincə, əsas məsələ hərəkət müxtəlifliyidir.

Ən "sağlam" oturuş - insanın uzun müddət qalmadığı mövqedir. Müntəzəm olaraq mövqeni dəyişmək, fasilələrlə hərəkət etmək və orta səviyyədə fiziki aktivlik "ideal" oturuşu qorumağa çalışmaqdan daha vacibdir.

Paylaş

Xəbər lenti

Gülay "Düz deyil"i təqdim etdi Bu gün, 14:48 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 14:48 Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı Bu gün, 14:48 "Barselona"nın Bakıya gəliş tarixi BİLİNDİ Bu gün, 14:48 Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda Bu gün, 14:48 İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 14:48 Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb Bu gün, 14:48 Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib Bu gün, 13:48 Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq Bu gün, 13:48 Qusarda hoteldə təlim keçirildi Bu gün, 13:48 Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz" Bu gün, 13:48 Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı Bu gün, 13:48 "GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı Bu gün, 13:48 Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir Bu gün, 12:48 Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb Bu gün, 12:48 Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI Bu gün, 12:48 Xaçmazda qanunsuz balıq ovlayan şəxslərdən 29 nərə balığı götürüldü Bu gün, 12:48 "Anthropic" əməkdaşlarının 96 faizi milyonçu oldu Bu gün, 12:48 Sabir Zeynalov parataekvondo üzrə dünya çempionu olub Bu gün, 12:48 Qeyri-adi qida qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər Bu gün, 12:48 Əməkdar artistin yaşadığı küçə gölə çevrildi Bu gün, 12:48 Azərbaycan Vyetnamdan 9 ayda 73 milyon dollarlıq smartfon idxal edib Bu gün, 12:48 Ucarda qəza olub - Xəsarət alanlar var Bu gün, 12:48 Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi Bu gün, 11:48 Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub Bu gün, 11:48 Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq Bu gün, 11:48 Əri öləndən sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib Bu gün, 11:48 Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı Bu gün, 11:48 Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu Bu gün, 11:48 Murat Bozun bu jesti gündəm oldu Bu gün, 11:48 "Trendyol"da "Əfsanə günlər " başlayır Bu gün, 11:48 AKİA sədri Yalçın Camalov: Aqrar kredit kooperativləri və onların ittifaqı yaradılacaq Bu gün, 11:48 Gəncədə palata yoldaşını öldürən şəxs məcburi psixiatrik müalicəyə göndərildi Bu gün, 11:48 Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 98 dolları ötüb Bu gün, 10:48 Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı Bu gün, 10:48 Sabiq nazirə vəzifə verildi Bu gün, 10:48 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günüdür Bu gün, 10:48 Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib Bu gün, 10:48 Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək Bu gün, 10:48 Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 10:48 Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi Bu gün, 10:48 Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin edildi Bu gün, 10:48 Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü Bu gün, 10:48 Sosial şəbəkə hesabları və veb-sayt göstəricilərinin süni artırıldığı aşkarlansa, media subyektinə yardım dayandırılacaq Bu gün, 10:48 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb Bu gün, 10:48 Bakıdan Balakənə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ! Bərpa olundu Bu gün, 10:48 Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR