15-04-2026, 11:48 186

Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında izah edir ki, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Ali Məhkəmədən bildirilib.

Bildirilib ki, valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övladlığa götürənlərə də şamil edilir.

Uşaqların isə ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, təhsil almaq, istismardan, zərərli təsirlərdən, cinsi istismardan və cinsi zorakılıqdan müdafiə olunmaq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq və digər hüquqları var.

Valideynlik və uşaq şəxsiyyət hüquqlarının bir çoxu qarşı tərəfin öhdəlikləri ilə şərtləndirilib. Həmin öhdəliklərin pozulması mənəvi zərər yaradır.

Valideynlik hüquqlarından sui-istifadə edən və onu uşaqların mənafeyinə zidd həyata keçirən, heç bir üzrlü səbəb olmadan uşağını doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edən, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən, uşaqları istismar edən, təhqir edən, mənəviyyatını alçaldan, qəddarlığa, kobudluğa, biganəliyə yol verən valideyn bu kimi hərəkətləri ilə uşaqların şəxsiyyət hüquqlarının pozur və onlara mənəvi zərər vurur.

Eyni məsuliyyəti övladlığa götürən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar.

Valideyn və uşaqların bir-biri ilə ünsiyyət hüququnun pozulması mənəvi zərərə səbəb olur.

Uşaqlarla yaşayan valideynin digər valideynlə uşağın ünsiyyətinə qanunsuz maneəsi həm valideynin, həm də uşağın şəxsiyyət hüquqlarına müdaxilədir. Uşaqdan ayrı yaşayan valideynin və uşağın bir-biri ilə ünsiyyət hüququ məhkəmə qərarı ilə yaranmır, bu hüquq uşağın doğulduğu andan mövcud olan fundamental hüquqdur.

Görüş tələbindən əsassız olaraq imtina edildiyi an pozuntu baş verir. Ona görə də, uşağı ilə ünsiyyət hüququ pozulmuş valideyn məhkəmədə uşaqla görüşmək tələbi ilə yanaşı mənəvi zərərin kompensasiyasını da istəyə bilər.

Ünsiyyət hüququnun pozulması ilə bağlı vurulmuş mənəvi zərər tələblərində məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı ünsiyyətin pozulduğu müddət, valideynlə uşağın emosional bağlılığı və digər halları nəzərə ala bilər.

Qeyd edilənlər həmçinin baba, nənə, bacı, qardaş və digər qohumların uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən də tətbiq edilir.

Alimentin ödənilməməsi birbaşa mənəvi zərərə səbəb olmur.

Aliment əmlak hüququdur və ödənilməməsi maddi zərərlə nəticələnir. Lakin bu hal uşağın yaşamaq, sağlamlıq, təhsil və digər şəxsiyyət hüquqlarını pozarsa mənəvi zərərə səbəb ola bilər. Bu əsasla mənəvi zərər tələbi irəli sürən şəxs öz tələbini əsaslandırılmalı və sübut etməlidir ki, uşağın sadalanan şəxsiyyət hüquqları məhz aliment ödənilmədiyi üçün pozulub. Əks təqdirdə, belə tələblər təmin edilməyəcək.

Eyni qayda valideynin xroniki alkoqolizm və narkomaniya xəstəsi olması hallarına da şamil olunur.

Aliment əmək qabiliyyəti olmayan valideynin saxlanması üçün əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladdan tutulduğu hallarda ödənilmədikdə isə, həmin valideyn yuxarıda sadalanan şərtlərlə çıxış edə bilər.

Qanuni əsas olmadan uşağın ölkədən getməsinə icazə verməmək mənəvi zərərə səbəb olur.

Belə hərəkətlər həm uşağın, həm də onunla yaşayan valideynin sərbəst hərəkət etmək azadlığının və digər aidiyyəti şəxsiyyət hüquqlarının (təhsil, sağlamlıq, istirahət, mədəni və mənəvi inkişaf və digər) pozulmasıdır. Belə hüquqlar məhkəmə qərarı ilə yaranmır, qanundan irəli gələn hüquqlardır. Ona görə də, uşağın ölkədən çıxışına qanunsuz maneə yaradıldığı an pozuntu baş verir. Odur ki, belə hallarda mənəvi zərərin kompensasiyası tələbləri buna dair icazənin verilməsi barədə iddia ilə birlikdə və ya ayrılıqda qaldırıla bilər.

Uşaqların məhkəmə müdafiəsi necə təmin edilir?

Uşaqlara vurulan mənəvi zərərin kompensasiyası tələbləri üzrə iddialar tam fəaliyyət qabiliyyəti əldə edənədək qanuni nümayəndə qismində çıxış edən valideynlər və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən irəli sürülə bilər. Belə iddialar irəli sürülməmişsə, uşaqlar özləri tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra bu barədə müstəqil iddia qaldıra bilər.

Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarının qəbulundan əvvəlki tarixlərdə baş verən pozuntulara görə mənəvi zərər tələb edilə bilərmi?

Sözügedən qərar rəsmi izah xarakteri daşıyır və əvvəlki tarixlərdə baş vermiş pozuntulara görə mənəvi zərər tələbləri üçün heç bir maneə yaratmır.

Paylaş

Xəbər lenti

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Bu gün, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Bu gün, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Bu gün, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Bu gün, 17:48 Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu Bu gün, 11:48 KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib Bu gün, 11:48 Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ... Bu gün, 11:48 Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR