
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücumla bağlı yeni detallar açıqlanıb.
AVESTA.AZ Haber Global-a istinadən xəbər verir ki, Ayşel Çalık adına orta məktəbdə baş verən hadisəni törədən şəxsin 8-ci sinif şagirdi İsa Aras olduğu bildirilib.
Məlumata görə, o, məktəbə atasına məxsus silahlarla gəlib və 5-ci sinif otaqlarından birinə daxil olaraq nizamsız şəkildə atəş açıb.
Hadisədən sonra hücumçunun atası U.M. polis tərəfindən saxlanılıb. Onun keçmiş polis müfəttişi olduğu qeyd olunur.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.