Bu gün, 09:48 90

Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan "Mən, Lalə, bir də Şerlok Holms 2" çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.

AVESTA.AZ xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.

Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. "Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər", – deyə o vurğulayıb.

Tural Sevdimalı gələcək planlarla bağlı məlumat verərək qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, layihə "pitching" mərhələsini uğurla keçib və yaxın zamanda "Mən, Lalə, bir də Şerlok Holms" filminin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Filmin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.

Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.

Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, "Əlaçı" bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.

"Mən, Lalə, bir də Şerlok Holms 2" serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.

Paylaş

Xəbər lenti

69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi Bu gün, 10:48 Məktəblərə silahlı hücumdan yazan Tarkan: "Təcili tədbir görülməlidir!" Bu gün, 10:48 "Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Azərbaycandan Ermənistana ixrac 5,7 milyon dolları ötüb Bu gün, 10:48 Peyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı Bu gün, 10:48 Gülben Ergen 22 il əvvəl evləndiyi həyat yoldaşı ilə görüşdü Bu gün, 10:48 Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb Bu gün, 10:48 "Bitcoin" və "Ethereum" bahalaşdı Bu gün, 10:48 Məktəbə silahlı hücum zamanı özünü şagirdlərinə sipər edən müəllim vəfat etdi Bu gün, 10:48 İsrail ordusu Livanın cənubunda yaşayanlara XƏBƏRDARLIQ ETDİ Bu gün, 10:48 Bu gün Bakının iki qəsəbəsində işıq olmayacaq Bu gün, 09:48 UEFA Çempionlar Liqası: Gərgin keçən oyunlarda "Bavariya" və "Arsenal" yarımfinala yüksəlib Bu gün, 09:48 "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib Bu gün, 09:48 "Mən, Lalə, bir də Şerlok Holms 2" filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub Bu gün, 09:48 Bu endirim kampaniyasında qiymətlər danışacaq Bu gün, 09:48 Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb Bu gün, 09:48 Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür Bu gün, 00:48 Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama Dünən, 23:48 Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir Dünən, 23:48 Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü Dünən, 23:48 Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur Dünən, 23:48 Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib Dünən, 23:48 Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur Dünən, 23:48 İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA Dünən, 23:48 Parisdə Azərbaycana aid sərgi təşkil olunub Dünən, 23:48 "Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər Dünən, 23:48 Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib Dünən, 23:48 Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar Dünən, 23:48 Azərbaycanda gənc hərbi çağırış zamanı şok hadisə ilə üzləşdi Dünən, 23:48 İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir Dünən, 23:48 DMM: Kahramanmaraş və Şanlıurfadakı insidentlərlə bağlı dezinformasiyalar yayılır Dünən, 23:48 Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib Dünən, 23:48 Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək Dünən, 20:48 İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub Dünən, 20:48 Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA Dünən, 20:48 Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Dünən, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Dünən, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Dünən, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Dünən, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Dünən, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Dünən, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Dünən, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Dünən, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Dünən, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Dünən, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Dünən, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Dünən, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR