16-04-2026, 21:48 407

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, F.Abbasova narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib. Bu fakt məhkəmə tərəfindən təsdiqlənib.

Belə ki, Nərimanov Rayon Məhkəməsinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, Fidan Abbasovanın əməli İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə hüquqi qiymətini alıb. İş materiallarında yazılıb ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş tibbi rəyə əsasən, martın 4-də ondan götürülmüş nümunədə narkotik maddə marixuana - THC (+) aşkarlanıb.

Məhkəmə qərarı ilə Fidan Abbasova təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bununla yanaşı, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.

Mövcud vəziyyətdən çıxmaq üçün Fidan Abbasovanın müdafiəçisi onu məsuliyyətdən yayındırmağa çalışıb. Belə ki, F.Abbasova məqsədli şəkildə özəl tibb müəssisəsində bir neçə dəfə yoxlamadan keçib, nəticələrin mənfi çıxması - narkotik vasitənin bədənindən təmizləndiyindən əmin olduqdan sonra dərhal Narkoloji Dispanserə təkrar müraciət etməklə guya ilkin tibbi rəyə zidd sənəd əldə edib.

Qərardan narazı qalan Fidan Abbasova apellyasiya şikayəti ilə çıxış edərək həm narkoloji mərkəzin, həm də hüquq mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dair müxtəlif əsassız iddialar səsləndirib. O, təqdim etdiyi şikayətdə analiz nəticələrinin düzgün olmadığını, guya korrupsiya hallarının mövcud olduğunu iddia edib. Lakin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən təqdim olunan bu iddialar obyektiv araşdırma predmetinə çevrilib və onların hər biri ayrıca qiymətləndirilib.

Məhkəmə iclasında dinlənilən mütəxəssis rəyləri və ekspertiza nəticələri göstərib ki, irəli sürülən arqumentlərin elmi və hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı əlavə olaraq dəvət edilərək dindirilən mütəxəssis rəyinə əsasən, bir daha təsdiqlənib ki, THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibb elmində təsdiqlənmiş faktdır.

Narkotik vasitənin aşkar edildiyi fevralın 24-dən martın 10-dək tam 14 gün keçdikdən sonra bədəndən silinməyinin tibbə uyğun olduğu təsdiqlənib. Bununla da məhkəməni həqiqətdən yayındırmaq cəhdi uğursuzluğa düçar olub.

Araşdırma zamanı xüsusilə aşağıdakı məqamlar müəyyən edilib:

- Respublika Narkoloji Mərkəzinin verdiyi ilkin tibbi rəyin etibarlılığı təsdiqlənib;

- Sidik nümunəsində aşkarlanan THC (+) nəticəsinin düzgünlüyü şübhə altına alınacaq hər hansı mötəbər sübut olmadığı müəyyən edilib;

- Apellyasiya şikayətində qeyd olunan siklin 3-cü günü ilə analiz nəticələri arasında hər hansı elmi əsaslandırılmış əlaqənin olmadığı müəyyən olunub;

- Şəxsin ilkin yoxlamadan günlər keçdikdən (müvafiq maddə qanından sorulduqdan) sonra öz təşəbbüsü ilə verdiyi təkrar analiz nəticələri ilkin tibbi rəyi təkzib edən sübut kimi qəbul edilməyib.

Bundan əlavə, məhkəmə tərəfindən narkotik maddələrin insan orqanizmindən çıxma müddəti ilə bağlı səsləndirilən iddialara da hüquqi və tibbi qiymət verilib. Belə ki, məhkəmə mütəxəssis rəylərinin təhlili nəticəsində qənaətə gəlib ki, Fidan Abbasovanın "taktika" ilə bədənindən təmizləndikdən sonra əldə etdiyi ikinci rəy narkotik istifadəçisini təmizə çıxarmaq üçün qurulmuş müdafiənin hissəsi idi.

Nəticədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş qərarla apellyasiya şikayəti əsassız hesab olunub. Birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, məhkəmələr tərəfindən toplanmış sübutlar və ekspertiza rəyləri əsasında Fidan Loğman qızı Abbasovanın inzibati xəta törətməsi faktiki, narkotik istifadə etməsi tam sübuta yetirilmiş hesab edilib.

Paylaş

Xəbər lenti

"Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Bu gün, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Bu gün, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Bu gün, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Bu gün, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Bu gün, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Bu gün, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Bu gün, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Bu gün, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Bu gün, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Bu gün, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Bu gün, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Bu gün, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Bu gün, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Bu gün, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Bu gün, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Bu gün, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Bu gün, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Bu gün, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Bu gün, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Bu gün, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Bu gün, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Bu gün, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Bu gün, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Bu gün, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Bu gün, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Bu gün, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Bu gün, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Bu gün, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Bu gün, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Bu gün, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Bu gün, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Bu gün, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Bu gün, 16:48 Anar Əsədli barəsində qərar verilib Bu gün, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Bu gün, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48 Nazir: Valideynin varlı və ya kasıb olması əsas deyil, əsas uşağın təhsili ilə maraqlanmaqdır Bu gün, 15:48 Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir? Bu gün, 15:48 Nağdsız ev alanlara 23,2 milyon manat ƏDV geri qaytarılıb Bu gün, 15:48 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib Bu gün, 15:48 Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR