
Nazirlər Kabineti ali təhsil ixtisaslarının təsnifatı ilə bağlı qərara dəyişiklik edib.
AVESTA.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni bənd əlavə olunub.
Dəyişikliyə əsasən, təsnifata 6.46-cı bənd daxil edilib və "Daşınmaz əmlakın idarə olunması" ixtisası əlavə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.