22-04-2026, 12:48 107

Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə əlavə olunan sənədlərin tədqiqinə başlanılıb.

İlk olaraq hadisə vaxtı müşahidə kameralarının qeydə aldığı videogörüntülər izlənilib.

Təqsirləndirilən Mehriban Abasquliyeva həmin videogörüntülərdə körpələrin yanmasına münasibət bildirərkən deyib ki, həkim küvəzin yandığını görsə də, körpəni oradan çıxarmağa cəhd etməyib.

Prosesin davamında məhkəmənin əvvəlki iclaslarından baxılmamış saxlanılan, eləcə də cari iclas zamanı verilən vəsatətlərə baxılıb.

Belə ki, təqsirləndirilən tərəf əvvəlki iclaslarda verdiyi vəsatətlərin birində bir neçə şəxsin cinayət işi üzrə zərərçəkmiş statusuna xitam verilməsi istəyib. Bildirilib ki, onlar tibb işçiləri olublar və özlərini zərərçəkən hesab etmirlər.

Hakim sözügedən vəsatətə müşavirə otağında qiymət veriləcəyini bildirib.

Növbəti iclas aprelin 29-na təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Paylaş

Xəbər lenti

Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Bu gün, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Bu gün, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Bu gün, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Bu gün, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Bu gün, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Bu gün, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Bu gün, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Bu gün, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48 ADY: Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib Bu gün, 15:48 "Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib Bu gün, 15:48 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb Bu gün, 15:48 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir Bu gün, 15:48 "AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama Bu gün, 15:48 Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər Bu gün, 14:48 Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib Bu gün, 14:48 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib Bu gün, 14:48 Vüsal Aslanov yeni rəis təyin etdi Bu gün, 14:48 Təmir işləri zamanı XƏTT ZƏDƏLƏNDİ - 11 min abonent qazsız qaldı Bu gün, 14:48 Əkiz bacı-qardaşdan imtahanda UĞURLU NƏTİCƏ Bu gün, 14:48 Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib Bu gün, 13:48 Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub Bu gün, 13:48 İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb Bu gün, 13:48 Maduro əməliyyatında iştirak edən və qumardan 409.000 dollar qazanan ABŞ əsgəri həbs edilib Bu gün, 13:48 Alimlər gənclərdə qəfil ölümün SƏBƏBİNİ müəyyən ediblər Bu gün, 13:48 Meta işçi sayısının 10 faizini ixtisar edir: təxminən 8 min nəfər işdən çıxarılacaq Bu gün, 13:48 Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur" Bu gün, 13:48 Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb Bu gün, 13:48 1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48 Azərbaycan səmasında parlaq izlər görünə bilər Bu gün, 12:48 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM Bu gün, 12:48 Sabah Bakıda 18° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib Bu gün, 12:48 Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 12:48 Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib Bu gün, 12:48 "Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır Bu gün, 11:48 Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ Bu gün, 11:48 Əvvəlki illərin məzunları üçün Azərbaycan dili üzrə imtahan keçiriləcək Bu gün, 11:48 Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 11:48 Martda 192 mindən çox şəxsə ailə başçısını itirməyə görə ödəniş verilib Bu gün, 11:48 Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşdü Bu gün, 11:48 VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB Bu gün, 11:48 49 kiloqramdan çox narkotik vasitə aşkarlandı, iki nəfər həbs olundu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR