Bu gün, 12:48 66

İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək

Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

AVESTA.AZ xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən "Kitabi-Dədə Qorqud" dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.

Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.

Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.

Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Paylaş

Xəbər lenti

Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir Bu gün, 13:48 Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir Bu gün, 13:48 Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb Bu gün, 13:48 2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər Bu gün, 13:48 Günəşdə partlayış qeydə alınıb Bu gün, 13:48 Elektrik xətlərinə dəyən təyyarə dayanacağa düşdü Bu gün, 13:48 Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər" Bu gün, 13:48 Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edib Bu gün, 12:48 Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib Bu gün, 12:48 Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi Bu gün, 12:48 Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi Bu gün, 12:48 Florensiyada turist tarixi heykəli zədələyib: 5 min avroluq ziyan Bu gün, 12:48 Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər Bu gün, 12:48 "Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab Bu gün, 12:48 Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib Bu gün, 12:48 TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Bu gün, 12:48 İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək Bu gün, 12:48 I rübdə 89 cinayət işi başlanıb, milyonlarla manat ziyan ödənilib Bu gün, 12:48 İncəsənət məktəblərinə qəbul imtahanlarının əyani mərhələsi başlayır Bu gün, 12:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ! Yaxın günlərdə... Bu gün, 11:48 Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır Bu gün, 11:48 "SOCAR Trading": Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır Bu gün, 11:48 Sabah saat 10-dan QAZ OLMAYACAQ - Bu ərazilərdə... Bu gün, 11:48 Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq Bu gün, 11:48 Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz Bu gün, 11:48 Beynəlхalq axtarışda olan 2 şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 11:48 Nobel mükafatlı yazıçı vəfat edib Bu gün, 11:48 Kür çayı daşdı, evləri və əkin sahələrini su basdı - ADSEA-dan açıqlama Bu gün, 11:48 Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb Bu gün, 11:48 Ağcabədidə Kür çayı bəndi yarıb Bu gün, 11:48 Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu Bu gün, 10:48 Neftimizin qiyməti 113 dolları keçib Bu gün, 10:48 Anar Məmmədxanovun vəfatından 15 il ötür Bu gün, 10:48 Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı Bu gün, 10:48 Mikayıl Cabbarov Avropa çempionu olan güləşçiləri təbrik edib Bu gün, 10:48 Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər Bu gün, 10:48 "Dreame" ən güclü və nazik "X60 Ultra Complete" robot-tozsoranının satışına başlayır Bu gün, 10:48 Yassin Benziyadan "Qarabağ"la bağlı paylaşım - "Hakim biabırçıdır" Bu gün, 10:48 3 ayda 1300-ə yaxın əcnəbi Azərbaycanda daimi yaşamaq üçün müraciət edib Bu gün, 10:48 Ağstafada 8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir Bu gün, 10:48 Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub Bu gün, 09:48 Badamdar sakinlərinin NƏZƏRİNƏ Bu gün, 09:48 Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub Bu gün, 09:48 Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq Bu gün, 00:48 Həsrət Cəfərov: "Tarixi uğurumu qızıma həsr edirəm" Bu gün, 00:48 "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür Bu gün, 00:48 Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb Dünən, 23:48 Qalibaf ABŞ ilə atəşkəs şərtlərini açıqlayıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR