
İran hökumətinin rəsmi nümayəndəsi Fatemeh Mohajerani bildirib ki, ölkənin futbol üzrə milli komandası FIFA Dünya Çempionatı 2026 çərçivəsində ABŞ-də keçiriləcək oyunlara qatılmağa hazırdır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi komandanın turnirdə uğurlu çıxışı üçün bütün zəruri tədbirləri görüb və hazırlıq prosesi tam təmin edilib.
Qeyd edək ki, bundan əvvəl İranın idman naziri Ahmad Donyamali mövcud şəraitdə millinin turnirdə iştirakının çətin olduğunu bildirmişdi. Daha sonra isə İran tərəfi FIFA ilə danışıqlara başlayaraq oyunların ABŞ-dən başqa ölkəyə keçirilməsi məsələsini müzakirə edib.
ABŞ prezidenti Donald Trump isə İranın bu turnirdə iştirakını məqsədəuyğun hesab etmədiyini açıqlayıb. Bundan əlavə, mart ayının sonunda İran hakimiyyəti milli idman komandalarının "dost olmayan ölkələrə" səfərinə məhdudiyyət qoyub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.