
Türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanadan çıxdıqdan sonra verdiyi açıqlama ilə yenidən gündəmə gəlib. Sənətçinin mal varlığını dövlətə bağışlamaq istədiyini deməsi ictimai marağa səbəb olub.
BAKU.WS xəbər verir ki,Tatlısəs bildirib ki, bütün sərvətini dövlətə vəsiyyət etmək niyyətindədir və onu Mehmetçik Fonduna bağışlamağı düşünür. O, bu qərarını şəxsi qazancı ilə əldə etdiyi var-dövlətə əsaslandırıb.
Açıqlamadan sonra sənətçinin malik olduğu əmlaklar da diqqət çəkib. Məlumata görə, onun İstanbulun müxtəlif ərazilərində çoxsaylı mənzilləri və kommersiya obyektləri var. Bundan əlavə, Bodrumda villalar, İzmir, Şanlıurfa və Kuşadasında torpaq sahələri də sərvətinə daxildir.
Məsələ hüquqi müzakirələrə də səbəb olub. Hüquqşünaslar bildirirlər ki, qanunvericiliyə əsasən, övladların "məcburi pay" hüququ var və onlar bu payı məhkəmə yolu ilə tələb edə bilərlər.
Qeyd edək ki, İbrahim Tatlısəs yaxın günlərdə öd kisəsi əməliyyatı keçirib və hazırda səhhətinin yaxşı olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.