
ABŞ-də xüsusi təyinatlı qüvvələrdə xidmət edən Gannon Ken Van Dayk adlı hərbçi gizli məlumatlardan istifadə edərək kriptovalyuta proqnoz platformasında qanunsuz qazanc əldə etməkdə ittiham olunaraq həbs edilib.
AVESTA.AZ xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, hərbçi Venesuela ilə bağlı keçirilən əməliyyat barədə məxfi informasiyalara çıxışı olduğu halda "Polymarket" platformasında əməliyyatlar aparıb. O, bu məlumatlardan istifadə edərək 409 min dollardan çox qazanc əldə etməkdə şübhəli bilinir.
İddialara əsasən, Van Dayk 2025-ci ilin dekabrında platformada hesab açaraq Venesuela və Nikolas Maduro ilə bağlı bazarlarda əməliyyatlar həyata keçirib.
Rəsmilər onun gizli hərbi məlumatları şəxsi gəlir məqsədilə istifadə etdiyini bildirirlər. Bu səbəbdən ona qarşı dövlət sirrinin yayılması, dələduzluq və qanunsuz maliyyə əməliyyatları daxil olmaqla bir neçə ittiham irəli sürülüb.
Ədliyyə Nazirliyi bu cür məlumatların istifadəsinin milli təhlükəsizlik qanunlarının pozulması olduğunu vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.