Bu gün, 14:48 50

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib

Baş nazirinin müavini, Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib və iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.

BAKU.WS bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Xatırladaq ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunur, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Kürdə illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində çayın üzərində yerləşən su anbarları sistemi Komissiyanın nəzarətində saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları - Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib.

Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.

Agentliyin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz, təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün tədbirlər görüldüyü qeyd edilib.

Sonda Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Paylaş

Xəbər lenti

"Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48 ADY: Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib Bu gün, 15:48 "Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib Bu gün, 15:48 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb Bu gün, 15:48 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir Bu gün, 15:48 "AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama Bu gün, 15:48 Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər Bu gün, 14:48 Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib Bu gün, 14:48 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib Bu gün, 14:48 Vüsal Aslanov yeni rəis təyin etdi Bu gün, 14:48 Təmir işləri zamanı XƏTT ZƏDƏLƏNDİ - 11 min abonent qazsız qaldı Bu gün, 14:48 Əkiz bacı-qardaşdan imtahanda UĞURLU NƏTİCƏ Bu gün, 14:48 Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib Bu gün, 13:48 Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub Bu gün, 13:48 İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb Bu gün, 13:48 Maduro əməliyyatında iştirak edən və qumardan 409.000 dollar qazanan ABŞ əsgəri həbs edilib Bu gün, 13:48 Alimlər gənclərdə qəfil ölümün SƏBƏBİNİ müəyyən ediblər Bu gün, 13:48 Meta işçi sayısının 10 faizini ixtisar edir: təxminən 8 min nəfər işdən çıxarılacaq Bu gün, 13:48 Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur" Bu gün, 13:48 Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb Bu gün, 13:48 1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48 Azərbaycan səmasında parlaq izlər görünə bilər Bu gün, 12:48 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM Bu gün, 12:48 Sabah Bakıda 18° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib Bu gün, 12:48 Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün, 12:48 Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib Bu gün, 12:48 "Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır Bu gün, 11:48 Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ Bu gün, 11:48 Əvvəlki illərin məzunları üçün Azərbaycan dili üzrə imtahan keçiriləcək Bu gün, 11:48 Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib Bu gün, 11:48 Martda 192 mindən çox şəxsə ailə başçısını itirməyə görə ödəniş verilib Bu gün, 11:48 Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşdü Bu gün, 11:48 VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB Bu gün, 11:48 49 kiloqramdan çox narkotik vasitə aşkarlandı, iki nəfər həbs olundu Bu gün, 11:48 Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ Bu gün, 11:48 Nərimanovda 100 min manatlıq qızıl oğurlanıb Bu gün, 11:48 Neftimiz 1 dollar ucuzlaşıb Bu gün, 10:48 İbrahim Tatlısəsin dodaquçuqladan sərvəti AÇIQLANDI Bu gün, 10:48 Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI Bu gün, 10:48 İtaliya Dünya Kuboku təklifini rədd etdi: "Nə mümkün, nə də uyğun deyil" Bu gün, 10:48 Ombudsman Suriyadan gətirilən Azərbaycan vətəndaşları ilə görüşüb Bu gün, 10:48 "Kainat gözəli" təqdim olunan model qaynanası tərəfində ÖLDÜRÜLDÜ Bu gün, 10:48 Kəlbəcər və Laçına sulu qar yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR