
İsrailin Baş naziri Benyamin Netanyahunda onkoloji xəstəlik erkən mərhələdə aşkar olunub və müalicə uğurla nəticələnib.
AVESTA.AZ xəbər verir ki, bu barədə baş nazirin ofisi rəsmi açıqlama yayıb.
Məlumata görə, planlı nəzarət çərçivəsində aparılan MRT müayinəsi zamanı prostat vəzində bir santimetrdən kiçik şübhəli sahə müəyyən edilib. Sonrakı yoxlamalar zamanı həmin nahiyədə erkən mərhələli bədxassəli şiş olduğu təsdiqlənib.
Rəsmi açıqlamada qeyd olunur ki, xəstəlik vaxtında aşkar edildiyi üçün müalicə effektiv olub və şişin yayılması və ya metastaz əlamətlərinə rast gəlinməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.