
Bizim milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir.
AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın Baş naziri deyib: "Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək çox şad olarıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.