Bu gün, 16:48 69

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi ərazilərində gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

AVESTA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Paylaş

Xəbər lenti

Yaponiyada 6.2 bal gücündə zəlzələ Bu gün, 17:48 Bu tarixlərdə HAVA PİSLƏŞİR, yağış yağacaq, şimşək çaxacaq... - XƏBƏRDARLIQ Bu gün, 17:48 Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH Bu gün, 17:48 Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq Bu gün, 17:48 İran ABŞ-yə mesaj verdi: "Şərtlərimizi qəbul etməyə məcburdur" Bu gün, 17:48 Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 17:48 Nyu-York merinin başlatdığı "Humanitar problem" adlı siyasi manipulyasiya Bu gün, 17:48 Mars insanlıq üçün "xilas planı" deyil Bu gün, 17:48 Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib Bu gün, 17:48 Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk" Bu gün, 17:48 Rusiyada neft obyektinə dron hücumunun qarşısı alınıb Bu gün, 16:48 Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib Bu gün, 16:48 FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib Bu gün, 16:48 İkonadan ilhamlanıb: Yeni Porsche Cayenne Coupe Electric Bu gün, 16:48 Turan Topalova vəzifəsindən ayrıldı Bu gün, 16:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ Bu gün, 16:48 Bağlanmış bankların əmlakları satışa çıxarılır – QİYMƏTLƏR Bu gün, 16:48 "Yandex"in top-meneceri balıq tutarkən həlak olub Bu gün, 16:48 "Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb Bu gün, 16:48 Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib Bu gün, 16:48 Bunu etməyənlərə məhdudiyyətlər tətbiq ediləcək Bu gün, 16:48 Talassemiya daşıyıcıları evlənərkən nəyə diqqət etməlidirlər? - Həkim TÖVSİYƏSİ Bu gün, 16:48 Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü Bu gün, 15:48 Bu ölkədə 22 buddist rahib 112 kq narkotiklə saxlanılıb Bu gün, 15:48 Telefonu yastığın altında saxlamaq beyin xərçənginə səbəb olur? Bu gün, 15:48 "People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər Bu gün, 15:48 Şikayətçi: Qonşunun qazıntısı və yağış suları evimi bu hala saldı Bu gün, 15:48 Ağcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı Bu gün, 15:48 İşə qəbulda yeni qaydalar: Bu şəxslərə məhdudiyyət qoyulacaq Bu gün, 15:48 Azərbaycanda "lizinq" ləğv OLUNUR? Bu gün, 15:48 Fərid Qayıbov: "Prezident Kuboku 2026" reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır" Bu gün, 15:48 Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir Bu gün, 14:48 Aygün Kazımova ilə Murad Arif Bakıda möhtəşəm festivalda çıxış edəcəklər Bu gün, 14:48 SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib Bu gün, 14:48 " Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub Bu gün, 14:48 Vüsalə Əlizadə bu məşhurlarla qohum oldu Bu gün, 14:48 Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib Bu gün, 14:48 Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? - Rəsmi Bu gün, 14:48 Ağdərədə "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb Bu gün, 14:48 Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var Bu gün, 14:48 "AnewZ" "Somali - suverenlik uğrunda mübarizə" adlı filmi təqdim edib Bu gün, 13:48 Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək Bu gün, 13:48 Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi Bu gün, 13:48 Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir Bu gün, 13:48 Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib Bu gün, 13:48 Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib Bu gün, 13:48 Mikayıl Cabbarov: "Azərbaycanın güləş komandası tarixində növbəti parlaq səhifə yazdı" Bu gün, 13:48 Meladzenin fəaliyyəti yoxlanıla bilər – Rusiyada çağırış edilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR