
Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin Reabilitasiya, Keyfiyyətə nəzarət və Xidmətin Təşkili departamentinin əməkdaşı Aygün Abdullayeva deyib.
O, bildirib ki, müəsisə 15 çarpayıdan ibarətdir:
"Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Qəbələ Uşaq Reabilitasiya Mərkəzindəyik. 25 çarpayılıq müəssisədə müasir standartlara uyğun infrastruktur formalaşdırılıb, əlilliyi olan uşaqlara ambulator və stasionar şəraitdə, müasir avadanlıqlardan istifadə edilməklə və effektiv fizioterapevtik üsullar tətbiq olunmaqla reabilitasiya xidmətləri göstərilir.
Cari ilin birinci rübü ərzində mərkəz tərəfindən 1381 nəfər əlilliyi olan uşağa reabilitasiya xidmətləri göstərilib".
Agentlik nümayəndəsinin sözlərinə görə, ümumilikdə isə 2025–2026-cı illər ərzində 6900 nəfər sözügedən xidmətlərdən faydalanıb:
"Eyni zamanda, əlilliyi olan uşaqlar Agentliyin Bakı şəhərində fəaliyyət göstərən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Şəmkir rayonunda yerləşən müvafiq reabilitasiya müəssisəsində xidmətlərlə təmin olunurlar".
Qeyd edək ki, Agentliyin uşaq reabilitasiya müəssisələri tərəfindən cari ilin yanvar–mart ayları ərzində ümumilikdə 10 min nəfər reabilitasiya xidmətlərinə cəlb edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.