
Bakıda qızıl bazarında qiymətlərdə son günlər müəyyən azalma müşahidə olunur.
Bu barədə BAKU.WS-ə paytaxt;n qızıl univermaqlarından birində fəaliyyət göstərən zərgər Aqil İsmayılov bildirib.
Onun sözlərinə görə, bazarda ən çox tələb olunan 585 əyyarlı, alıcılar arasında "Türk qızılı" kimi tanınan zinət əşyalarının qramı hazırda 180-182 manat civarındadır.
"Son 3 gün ərzində qızılın qiyməti qrama təxminən 4 dollar ucuzlaşıb. Buna baxmayaraq, əvvəlki həftələrdə qiymətlər mərhələli şəkildə artım göstərib. 750 əyyarlı İtaliya qızılının qramı isə 200–210 manat aralığında dəyişir".
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.