
Aprelin 25-i saat 11 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib:
"Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib. Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyası tərəfindən araşdırılır".
***11:31
Bakıda 1 yaşlı körpə ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb.
Körpənin pnevmaniyadan öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.