Bu gün, 19:48 49

Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb

ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin "X" platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.

BAKU.WS xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.

Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu-York merinin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.

Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb. Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, Azərbaycanın yüzlərlə mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.

Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.

Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər:

https://shorturl.at/ZtUnS

Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu-York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.

Paylaş

Xəbər lenti

GTA VI oyununun qiyməti 100 dollar olacaq? Bu gün, 20:48 Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab Bu gün, 20:48 Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır Bu gün, 20:48 Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib Bu gün, 20:48 Bakıda məktəbdə nə baş verib? - 5 şagird xəstəxanaya aparıldı Bu gün, 20:48 Bakıda mənzillərin qiymətləri yüksəldi Bu gün, 20:48 Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb Bu gün, 19:48 Danimarka şirkəti Azərbaycanda külək turbinlərinin istehsalını lokallaşdıra bilər Bu gün, 19:48 Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib Bu gün, 19:48 "Çelsi"nin ukraynalı oyunçusu 4 il futboldan kənarlaşdırıldı Bu gün, 19:48 Azərbaycanlı xanım çinli bəylə evləndi Bu gün, 19:48 Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur" Bu gün, 19:48 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb Bu gün, 19:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi, biri ÖLDÜ - Araşdırma aparılır Bu gün, 18:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi Bu gün, 18:48 Bakı metrosu WUF13 iştirakçılarına müraciət edib Bu gün, 18:48 Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub Bu gün, 18:48 Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər Bu gün, 18:48 Səid Xətibzadə: ABŞ ilə müharibə hələ bitməyib, İran müdafiə mövqeyini qoruyur Bu gün, 18:48 Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq Bu gün, 18:48 DGK sədri: "Temu" ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib Bu gün, 17:48 Gömrükdə 300 dollarlıq limit dəyişdirilir? - DGK sədri açıqladı Bu gün, 17:48 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar Bu gün, 17:48 Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub Bu gün, 17:48 Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək Bu gün, 17:48 Yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırıldı Bu gün, 17:48 "Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb Bu gün, 17:48 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi Bu gün, 17:48 Kəmaləddin Heydərov rəis müavini təyin etdi Bu gün, 17:48 Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI Bu gün, 16:48 Min manat borca görə ölkədən çıxışa "stop" qoyulur? Bu gün, 16:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb Bu gün, 16:48 BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı Bu gün, 16:48 Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb Bu gün, 16:48 İran valyutası yenidən ucuzlaşıb - Dollar 1,8 milyon riala çatıb Bu gün, 16:48 Prezidentin sərəncamı əhalinin sel və daşqın fəlakətlərindən müdafiəsinə gətirib çıxaracaq - RƏY Bu gün, 16:48 Bu il 100 yaşı tamam olan azərbaycanlı alimin həyat və yaradıcılığı Bu gün, 16:48 Gömrük borcunun hesablanmasında YENİLİK Bu gün, 15:48 Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib Bu gün, 15:48 Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ Bu gün, 15:48 "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum oldu Bu gün, 15:48 Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq? Bu gün, 15:48 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi Bu gün, 15:48 AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi Bu gün, 15:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi - Biri öldü Bu gün, 15:48 AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün  Avropaya yola düşüblər Bu gün, 15:48 Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR