
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatasının ikinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən növbəti yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Azər İlyasov isə akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə də ikinci olub. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.
Həmçinin günün son finalında Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medala sahib çıxıblar.
Yer tutan idmançılar yarış günün sonunda mükafatlandırılıblar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.