30-04-2026, 18:48 402

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilən şəxsə hökm oxunub, o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Orxan Kəngərli onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, istintaqla Vüqar Əsədovun tanışları Rövşən Kazımov, Hikmət Kazımov və Vilayət Yaqubova qarşı dələduzluq etdiyi müəyyən olunub.

Belə ki, o, R.Kazımova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək, guya quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu bildirib. Ona yatırım edəcəyi təqdirdə yatırılan məbləğin aylıq 7-10 faizi qədər gəlir əldə edəcəyinə dair yalan vəd verib. Bu adla ondan ümumilikdə 247 min manat məbləğində pul vəsaitini şəxsən və tanışı İlham Əlisoyun vasitəsi ilə alıb.

Təqsirləndirilən şəxs bundan sonra gəlir əldə edilməsinə dair saxta rəy yaratmaq məqsədi ilə hissə-hissə Rövşən Kazımova ümumilikdə 123 min 990 manat pul vəsaitini divident adı ilə geri qaytarıb. Qalan 123 min 10 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa o, təkrarən zərərçəkmiş Rövşən Kazımova övladı Misirxan Kazımlının Dövlət Miqrasiya Xidmətinə işə qəbul edilməsinə köməklik göstərilməsi üçün 50 min manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. Təqsirləndirilən şəxs özünün yaxın münasibətdə olduğu şəxslər vasitəsilə M.Kazımlını qeyd olunan xidmətə işə qəbul etdirə biləcəyinə dair onun atasına yalan vəd verib və bu məqsədlə 45 min manat pul vəsaitini alıb.

Vüqar Əsədov zərərçəkmiş R.Kazımovun digər oğlu Mətin Kazımlını hüquq mühafizə orqanlarında işə qəbul etdirə biləcəyinə inandıraraq bunun üçün də ondan 42 min 500 manat məbləğində pul vəsaitini alaraq təkrarən dələduzluq edib.

Eyni zamanda, Vüqar Əsədov "quşçuluq biznesinə" pul yatırmaq adı ilə Vilayət Yaqubovun da 141 min 900 manat pul vəsaitini ələ keçirib.

Onun 33 min 754 manat pul vəsaitini "gəlir" adı ilə geri qaytarıb, 108 min 146 manatı isə mənimsəyib.

Təqsirləndirilən şəxs tanışı Hikmət Kazımovla "iş görmək" adı ilə sövdələşərək, onun ümumilikdə 115 min 275 manat məbləğində pulunu və əmlakını alıb. Pulun bir hissəsini "gəlir" görüntüsü yaratmaq üçün qaytarsa da, yerdə qalan 89 min 575 manat pul vəsaitini ələ keçirib.

Bununla da o, zərərçəkmişlərə ümumilikdə 408 min 231 manat maddi ziyan vurub.

Zərərçəkmiş şəxs qismində R.Kazımov, H.Kazımov və V.Yaqubov tanınıb.

V.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR