23-04-2024, 15:46 360

Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Telli Adiyevanın cinayət işinin bəzi detalları məlum olub.

"AVESTA.AZ"un əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, Telli Adiyeva Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib.

Belə ki, F.Əhmədova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla ondan hissə-hissə cəmi 161 min 649 manat 16 qəpik məbləğində dələduzluq edib.

Bundan başqa, o, təkrarən tamah niyyəti ilə Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Elnur Tağıyevə külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib 17 min manat məbləğində nağd pul alıb. Həmin pulun 5 min manatını Elnur Tağıyevə qaytarsa da, qalan 12 min manat pulu ələ keçirib.

Eyni zamanda, Telman Ağakişiyevə 6 min manat, Taleh Süleymanova 8 min manat, İlkin Əlixanova 7 min manat məbləğində dələduzluq edib. Daha sonra onlar Səbuhi Qədirova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək aldatmaqla 52 min manat, Aida İbrahimovadan isə aldıqları 17 min manatın 10 min manatını ona qaytarsa da, 7 min manat məbləğində dələduzluq edib.

Həmçinin təqsirləndirilən şəxs Kəmaləddin Adiyevlə qabaqcadan ǝlbir olaraq, Gülnarə Rəhimovaya bank vǝ lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək, 6 min 280 manat məbləğində dələduzluq edib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs tanışı Səfurə Zeynalzadəyə "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan ona verəcəyinə dair yalandan vəd verib aladadaraq, 8 min 500 manat məbləğində dələduzluq edib.

O, digər tanışı Aygün Əliyevaya da "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar va birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona vəd verib aldatmaqla ümumilikdə 10 min 870 manat məbləğində dələduzluq edib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

İş üzrə 10 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.

Telli Adiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla ) maddəsində ittiham irəli sürülüb.

Bu işdə adı hallanan Kəmaləddin Adiyevə qarşı isə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülməklə ayrıca iş olaraq icraata ayrılıb.

Paylaş

Xəbər lenti

"Neftçi" Vensan Abubakarla yolları niyə ayırmaq istəyir? Bu gün, 20:48 Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır Bu gün, 20:48 Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR Bu gün, 20:48 Ermənistan məhkəməsi Samvel Karapetyan barəsində ev dustaqlığını qüvvədə saxlayıb Bu gün, 20:48 Dağıstan rəhbəri Sergey Melikov vəzifəsini tərk edir Bu gün, 20:48 Media nümayəndələri üçün "WUF13 Media Kit" hazırlanıb Bu gün, 20:48 "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir Bu gün, 19:48 Balakən sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 Tramp yenidən Mertsi tənqid edib: O, tamamilə faydasız oldu Bu gün, 19:48 Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb Bu gün, 19:48 Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır Bu gün, 18:48 Bu qida allergiya riskini azaldır Bu gün, 18:48 Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Sabah gün ərzində... Bu gün, 18:48 "Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu Bu gün, 18:48 Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək Bu gün, 18:48 Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq Bu gün, 18:48 Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı Bu gün, 18:48 "Prezident Kuboku 2026": İkinci yarış gününün qalibləri mükafatlandırılıb Bu gün, 17:48 Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü Bu gün, 17:48 Əməkdar artistin səhhətində problem yaranıb: "İnsult keçirdim, 2 dəfə onurğadan əməliyyat olundum" Bu gün, 17:48 Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı Bu gün, 17:48 Polisin saxladığı makler 4 aylıq - Həbs edildi Bu gün, 17:48 Şarliz Teronun radikal qərarı hamını təəccübləndirdi Bu gün, 17:48 Küçə rəssamı Benksinin imzası olan heykəl tapıldı Bu gün, 17:48 Karyerasını tez bitirən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI Bu gün, 17:48 Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım" Bu gün, 17:48 Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI Bu gün, 16:49 AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu Bu gün, 16:49 Qətnamə böhranı: Ermənistan mövzusu Avroparlamenti necə tərəf edir? Bu gün, 16:48 Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır Bu gün, 16:48 Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb Bu gün, 16:48 Diplom tanıtmaq, ucuz mənzil vədi ilə 400 minlik dələduzluq - Nazirliyin sabiq ekspertinin məhkəməsi Bu gün, 16:48 Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı Bu gün, 16:48 Məşhur müğənninin adı bu səbəbdən Çelik olub Bu gün, 16:48 Məşhur brendin 800 dollarlıq yeni ayaqqabıları LAĞA QOYULDU Bu gün, 16:48 Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaş elan edib Bu gün, 16:48 Lətif Kərimovun 120 illiyi qeyd ediləcək Bu gün, 16:48 İlkin Dövlətov bu səbəbdən xarici görünüşünü dəyişəcək Bu gün, 15:48 İranlı diplomat: "ABŞ İranla müharibədə uduzdu" Bu gün, 15:48 Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan yük qatarı Biləcəridən yola düşüb Bu gün, 15:48 Qonşu ölkədən təhsil adı ilə işləməyə gələnlərə SƏRT CƏZA Bu gün, 15:48 Masazır sakinlərini SEVİDNİRƏCƏK XƏBƏR Bu gün, 15:48 Bu ərazidə qazlar kəsiləcək Bu gün, 15:48 I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI Bu gün, 15:48 Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş - Hər ikisi oğurluq edib Bu gün, 15:48 Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var Bu gün, 15:48 Xaçmazda bir gündə iki "Prius" qatarla toqquşdu Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR