
İsveçrədə 31 yaşlı Conas Lauvayner ölkədəki hüquqi boşluqdan istifadə edərək 117 min kvadratmetr sahibsiz ərazini çıxarış ilə öz adına keçirib və "öz krallığını" elan edib.
BAKU.WS xəbər verir ki, o, daşınmaz əmlak reyestrini araşdıraraq "sahibsiz" kimi qeyd olunan torpaqları müəyyən edib və bu əraziləri pulsuz şəkildə rəsmiləşdirib. Ümumilikdə onun nəzarətinə 83 yolun da daxil olduğu geniş ərazilər keçib.
Lauvayner həmin yolları istifadə edən sakinlərdən "istifadə və baxım haqqı" tələb etməyə başlayıb, həmçinin tikinti və keçid icazələri üçün ödəniş istədiyi iddia olunur.
Özünü "kral" elan edən 31 yaşlı şəxs prosesləri "zorakılıq olmadan həyata keçirdiyini" bildirib və "qan tökmədim" ifadəsi ilə addımını müdafiə edib.
Hadisə yerli hakimiyyət orqanlarının sərt reaksiyasına səbəb olub. Rəsmilər bu vəziyyəti sistemin sui-istifadəsi kimi qiymətləndirir və oxşar halların qarşısını almaq üçün qanunvericiliyin dəyişdirilməsi gündəmdədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.