Bu gün, 17:48 62

Naxçıvanda

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir.

BAKU.WS xəbər verir ki, tədbirdən öncə Ümummilli Liderin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb, konfrans iştirakçıları Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə aid fotoşəkillər və eksponatlarla tanış olublar.

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların dinc, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı məkan olub. Bu ənənə əsrlər boyu formalaşaraq dövlət siyasəti səviyyəsində qorunub və inkişaf etdirilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dini-mənəvi dəyərlərə münasibət yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir.

Ceyhun Cəlilov vurğulayıb ki, müasir dövrdə Azərbaycan yalnız tolerantlıq mühiti ilə seçilən ölkə deyil, eyni zamanda bu modeli beynəlxalq səviyyədə təşviq edən mərkəzə çevrilib. Multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunub, bu sahədə mühüm təşəbbüslər irəli sürülüb. Ölkəmizdə keçirilən beynəlxalq forumlar, dinlərarası dialoq platformaları və humanitar tədbirlər Azərbaycanın bu istiqamətdə qlobal rolunu daha da möhkəmləndirib. Konfrans çərçivəsində aparılacaq müzakirələrin Zəngəzur dəhlizinin tarixi, mədəni və strateji əhəmiyyətinin daha dərindən öyrənilməsinə, mənəvi dəyərlərin qorunması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsinə, eləcə də dini həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən Səlahiyyətli nümayəndə tədbirin işinə uğurlar arzulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan torpağı Azərbaycanın müstəqillik mübarizəsinin və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biridir. Azərbaycanın üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə məhz burada dalğalanması ilə başlayan və Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan mübarizə yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə tamamlanıb. Ramin Məmmədov vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur yolu yalnız nəqliyyat layihəsi deyil, həm də xalqlar arasında mənəvi və ideoloji inteqrasiyanı təmin edən unikal bir xəritədir. O, qloballaşma şəraitində milli-mənəvi kimliyin qorunmasının ideoloji təhlükəsizlik məsələsinə çevrildiyini bildirərək, radikalizmə qarşı maarifləndirmənin və sağlam dini mühitin təşviqinin zəruriliyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Türkiyə və Gürcüstandan olan din xadimlərinin bu tədbirdə iştirakı regionda qarşılıqlı etimadın gücləndirilməsinə və ortaq dəyərlərin qorunmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.

Tədbir "Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə" və "Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar" mövzularında müzakirələrlə davam edəcək.

Paylaş

Xəbər lenti

"Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi Bu gün, 18:48 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı Bu gün, 18:48 Paşinyan "Avropa Siyasi Birliyi"nin sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 18:48 "Space"in yeni rəhbəri kimdir? - DOSYE Bu gün, 18:48 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 18:48 İstilik enerjisi ilə bağlı qayda təsdiqləndi - Noyabrın 1-dən mayn 1-dək... Bu gün, 18:48 Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb Bu gün, 18:48 İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB Bu gün, 18:48 İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir Bu gün, 18:48 Türkiyə və Ermənistan arasında müqavilə imzalandı Bu gün, 18:48 WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ Bu gün, 17:48 Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır Bu gün, 17:48 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir Bu gün, 17:48 Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ Bu gün, 17:48 "Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ Bu gün, 16:50 Nəsrin Cavadzadənin nikahından görüntülər yayıldı Bu gün, 16:49 Filippində 6 bal gücündə zəlzələ olub Bu gün, 16:49 Rusiyada vətəndaşlıq üçün rüsum artırıla bilər – yeni qanun layihəsi təqdim olunub Bu gün, 16:49 Qaraheybət təlim mərkəzində bədbəxt hadisə Bu gün, 16:49 Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM Bu gün, 16:49 Azərbaycanda bəzi cərimələr ləğv olunacaq Bu gün, 16:48 Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ Bu gün, 16:48 Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi Bu gün, 16:48 XƏBƏRDARLIQ! 3 gün ard-arda hava PİS KEÇƏCƏK - Bu tarixdən... Bu gün, 16:48 Avstriya üç rus diplomatını ölkədən çıxarır Bu gün, 16:48 İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib Bu gün, 15:48 TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub Bu gün, 15:48 "Bayern" - "PSJ" matçının hakimi bilindi - Parislilər onunla kubok qaldırıb Bu gün, 15:48 Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq Bu gün, 15:48 Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI Bu gün, 15:48 Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA Bu gün, 15:48 "Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir Bu gün, 15:48 Tağıyev qəsəbəsinə gedən yolda sürücülər üçün ciddi TƏHLÜKƏ - Bu yolda maşınların təkəri sıradan çıxır Bu gün, 15:48 Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 14:48 Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub Bu gün, 14:48 "Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı Bu gün, 14:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib Bu gün, 14:48 Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al! Bu gün, 14:48 Polkovnikin oğlunu qətlə yetirən şəxs: "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım" Bu gün, 14:48 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başlanıb Bu gün, 14:48 Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb Bu gün, 14:48 Teyani Reynders "Mançester Siti"ni tərk edə bilər - "Real Madrid" namizədlər arasındadır Bu gün, 14:48 İran: ABŞ-dən alınan son cavab ekspertlər tərəfindən qiymətləndirilir Bu gün, 14:48 Gündüz atasını dəfn edən aktyor, axşam səhnəyə çıxdı Bu gün, 14:48 Ağdaşda avtomobil TIR-la toqquşub, ölən var Bu gün, 13:48 İlham Əliyev İrəvanda keçirilən tədbirdə videobağlantı formatında çıxış etdi Bu gün, 13:48 Sabah əsl yaz havası olacaq Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR