6-05-2026, 10:48 180

AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək

4-6 Noyabr tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə AIREX (Azerbaijan International Real Estate Exhibition) - Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək. Sərgi 20-dən çox ölkədən developer, investor, realtor, memar, proptech şirkətləri və daşınmaz əmlak sektorunun digər əsas iştirakçılarını bir araya gətirəcək.

Tədbirin keçirilməsi ölkə üçün əlamətdar bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı il "Şəhərsalma və Memarlıq ili" elan edilib ki, bu da dövlətin şəhər mühitinin, infrastrukturunun və müasir layihələrin genişmiqyaslı inkişafına verdiyi önəmi bir daha vurğulayır. Bu kontekstdə AIREX dövlət strategiyası ilə beynəlxalq investisiya maraqlarının kəsişdiyi mühüm platformaya çevrilir.

Baku Expo Management-in təşkilatçılığı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, KOBİA, AZPROMO və ADRA-nın dövlət dəstəyi, PAŞA Real Estate, Sea Breeze, PMD Group və Bakı Ağ Şəhər-in baş sponsorluğu, PAŞA Property Management, Azərbaycan Beynəlxalq Bankı və Absheron Hotel Group (AHG)-un partnyorluğu, eləcə də Times Consulting-in strateji partnyorluğu ilə həyata keçiriləcək sərgi Bakı Ekspo Mərkəzində baş tutaraq 20-dən çox ölkədən iştirakçıları bir araya gətirəcək.

"Azərbaycanın daşınmaz əmlak bazarı beynəlxalq arenaya çıxmağa hazırdır," – deyə PAŞA Property Management-in Tədbirlər üzrə Layihə Meneceri və AIREX-in Layihə Direktoru Afitab Sultanova bildirib. "Qarabağda və ölkənin digər bölgələrində həyata keçirilən maraqlı layihələr fonunda həm yerli, həm də beynəlxalq investorlar və bazar iştirakçıları üçün yeni imkanların yarandığını görürük. AIREX məhz bu imkanların bir araya gəldiyi və sektorun diqqətdən kənarda qoymamalı olduğu platformadır."

Üç günlük proqram çərçivəsində iştirakçıları gözləyir:

• Yerli və beynəlxalq daşınmaz əmlak bazarlarına investisiya etmək istəyənlər üçün sahə ekspertləri ilə yerində məsləhətləşmə imkanı;

• İnvestor və realtorlarla birbaşa satış və əməkdaşlıq imkanları;

• Sahə ekspertləri və beynəlxalq nümayəndələrlə panel müzakirələri;

• Dünyanın müxtəlif ölkələrindən bazarın əsas oyunçuları ilə B2B görüşlər;

• İrimiqyaslı inkişaf və infrastruktur layihələrinin təqdimatları;

• Peşəkar şəbəkələşmə və yeni əməkdaşlıqlar üçün geniş imkanlar.

Spikerlərin adları, panel mövzuları və təqdim olunacaq layihələr yaxın aylarda açıqlanacaq, lakin iştirakçı stendləri artıq sürətlə dolur.

AIREX Azərbaycan daşınmaz əmlak bazarının dinamik inkişafını beynəlxalq auditoriyaya təqdim etməyi və ölkəni regionda aparıcı investisiya istiqamətlərindən biri kimi mövqeləndirməyi hədəfləyir. Qafqaz regionunun dinamik inkişaf edən bazarlarından birinə daxil olmaq və ya mövcud iştirakını genişləndirmək istəyən şirkətlər üçün AIREX yeni imkanlara açılan vacib platformadır.

Erkən qeydiyyat artıq açıqdır. Əgər siz developer, realtor, investor, memar və ya daşınmaz əmlak sektorunun iştirakçısısınızsa, AIREX daşınmaz əmlak bazarının əsas oyunçuları ilə bir araya gəlmək, yeni tərəfdaşlıqlar qurmaq və real biznes imkanlarını dəyərləndirmək üçün əla bir fürsətdir.

Ətraflı məlumat və qeydiyyat üçün https://airex.az/ saytına daxil ola və ya *0776 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Paylaş

Xəbər lenti

Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi Bu gün, 14:48 "Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində qərar verilib Bu gün, 14:48 Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb Bu gün, 14:48 Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı Bu gün, 14:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb Bu gün, 14:48 "44" bədii filminin daha bir tizeri yayımlanıb Bu gün, 14:48 Nazir: "Birləşmiş Krallıq Azərbaycana 39 milyard dollarından çox investisiya yatırıb" Bu gün, 14:48 İlk dəfə sükan arxasına əyləşərək adam öldürdü - 5 il həbs verildi Bu gün, 14:48 Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb Bu gün, 14:48 Rəşid Məmmədəliyev dünya çempionatında 1/4 finalda məğlub olub Bu gün, 14:48 Bakıda liseyin qarşısında ilan peyda oldu - ANBAAN VİDEO Bu gün, 14:48 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu Bu gün, 13:48 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib Bu gün, 13:48 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü Bu gün, 13:48 Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ Bu gün, 13:48 ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər Bu gün, 13:48 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ Bu gün, 13:48 Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır" Bu gün, 13:48 Azad Bayramov vəfat etdi Bu gün, 12:48 Qubada 19 kq narkotik aşkarlanıb Bu gün, 12:48 Cem Yılmaz ilk dəfə atası, qardaşı və oğlu ilə fotosunu paylaşdı Bu gün, 12:48 İstanbulda məktəbdə bıçaqlı hücum: Məzun olmuş qız 8 şagirdi yaraladı Bu gün, 12:48 Laçında daha üç su elektrik stansiyası tikilir Bu gün, 12:48 Dünya çempionatı: Hidayət Heydərov növbəti qələbəsini qazanıb Bu gün, 12:48 Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi Bu gün, 12:48 İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 12:48 Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb? Bu gün, 12:48 Sabaha yağış gözlənilir? Bu gün, 12:48 Nadir Qafarzadə: "Xoşbəxtliyim 8 dəfə artıb" Bu gün, 11:48 Səməd Bəşirli: "Yüksəktutumlu rəqəmsal əlaqə Azərbaycana AI investisiyaları gətirə bilər" Bu gün, 11:48 Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb Bu gün, 11:48 Türkiyə millisində tarixi geriləmə - 38 il sonra eyni kabus yenidən yaşandı Bu gün, 11:48 Bakıda azyaşlının intim görüntülərini yayan şəxs 5 il həbs edildi Bu gün, 11:48 GECO: "Yaşıl Enerji Dəhlizi" üzrə nazirlər noyabrın sonunda görüşəcək Bu gün, 11:48 Ələtdə yeni hava limanı tikilir - Bu tarixdə istifadəyə veriləcək Bu gün, 11:48 30 dollara alınan bu əsər 1,35 milyon dollara satıldı Bu gün, 11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat Bu gün, 11:48 Azərbaycanın BƏƏ ilə yaratdığı şirkətin illik planlaşdırılan tutumu açıqlanıb Bu gün, 11:48 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb Bu gün, 11:48 "Azeri Light" neftinin qiyməti 124,61 dollara yüksəlib Bu gün, 10:48 Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb Bu gün, 10:48 Pendir sexinin fəaliyyəti DAYANDIRILDI Bu gün, 10:48 Toyda gəlinə qızıl yerinə "iPhone18" taxdılar Bu gün, 10:48 Əli Əsədov duracaqlarda saxlama haqqı ilə bağlı yeni qərar imzaladı Bu gün, 10:48 Bu şəxsləri kommunal xərclərlə bağlı SEVİNDİRƏCƏK QƏRAR - Baş nazir imzaladı Bu gün, 10:48 XİN: Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb Bu gün, 10:48 Toyda döyülən şəxs xəstəxanada öldü Bu gün, 10:48 Tramp bu Avropa ölkəsinin müflis olacağını proqnozlaşdırır Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR