1-05-2025, 17:48 408

"PAŞA Real Estate Qrup" 1 May 2025-ci il tarixindən etibarən Elçin Qədimovun Qrupun Baş Kommersiya Direktoru (Group CCO) və Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktoru (CEO of International Projects) vəzifələrinə təyin olunduğunu məmnuniyyətlə elan edir. Eyni zamanda, Tural Əliyev "PAŞA Property Management"in Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edilmişdir.

Elçin Qədimov yeni vəzifəsinə daşınmaz əmlak və maliyyə xidmətləri sahələrini əhatə edən geniş rəhbərlik təcrübəsini gətirir. "PAŞA Property Management"in Baş İcraçı Direktoru vəzifəsindəki əvvəlki fəaliyyəti strateji təşəbbüslərə rəhbərlik, eləcə də təşkilati böyümənin idarə olunması, uğurlu nəticələrə gətirmişdir. "PAŞA Real Estate Qrup"a qoşulmazdan əvvəl bank sektorunda iyirmi ildən artıq yüksək rəhbər vəzifələrdə çalışaraq uğurlu bir karyera qurmuşdur. O, Cənubi Alabama Universitetindən MBA elmi dərəcəsinə malikdir.

Qrupun Baş Kommersiya İnzibatçısı rolunda Elçin Qədimov PAŞA Real Estate Qrupun yerli və beynəlxalq daşınmaz əmlak satışı əməliyyatlarına nəzarət edəcək və kommersiya funksiyalarını mərkəzləşdirəcək. Həmçinin E. Qədimov yerli və beynəlxalq bazarlarda hökumətlə əlaqələrə rəhbərlik edəcək, strateji tərəfdaşlıqların qurulmasına və tənzimləyici uyğunluğun təmin olunmasına töhfə verəcək. Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktor vəzifəsində 2025-ci ilin mühüm investisiya layihəsi olan Özbəkistan və digər investisiya təşəbbüsləri daxil olmaqla beynəlxalq strateji inkişaf sahəsinə nəzarət edəcəkdir.

Rəhbərlik sahəsində 17 ildən artıq təcrübəyə malik Tural Əliyev "PAŞA Property Management" şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Daha öncə Tural Əliyev "PAŞA Sığorta" ASC-də baş icraçı direktorun müavini vəzifəsində çalışıb və burada əməliyyatların təkmilləşdirilməsi, müştəri təcrübəsinin yaxşılaşdırılması, eləcə də innovativ təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynamışdır. Tural Əliyev London Business School-un MBA dərəcəsinə və Carnegie Mellon Universitetinin İnformasiya Sistemlərinin İdarə Edilməsi üzrə CIO Sertifikatına malikdir.

Yeni vəzifəsində Tural Əliyev beşulduzlu xidmət mədəniyyətinin formalaşdırılmasını, aktivlərin planlı şəkildə idarə olunmasını, əməliyyat intizamına və maraqlı tərəflərin gözləntiləri ilə uyğunluğa diqqət yetirərək uzunmüddətli dəyər yaradılmasını təmin edəcək.

PAŞA Real Estate Qrup haqqında

PAŞA Real Estate Qrup, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan PAŞA Real Estate Qrup, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.

www.pasharealestate.az 

Paylaş

Xəbər lenti

Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Bu gün, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Bu gün, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Bu gün, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Bu gün, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Bu gün, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Bu gün, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Bu gün, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Bu gün, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Bu gün, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Bu gün, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Bu gün, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Bu gün, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Bu gün, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Bu gün, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Bu gün, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Bu gün, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Bu gün, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Bu gün, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Bu gün, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Bu gün, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Bu gün, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Bu gün, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Bu gün, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Bu gün, 16:48 Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb Bu gün, 16:48 Gürcüstandan qalxan təyyarə Rize sahillərində dənizə məcburi eniş edib Bu gün, 16:48 Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb Bu gün, 16:48 Kreml Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün keçiriləcəyini gözləyir Bu gün, 16:48 Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib Bu gün, 15:48 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb Bu gün, 15:48 Nepalda sel fəlakəti: ölənlərin sayı 1367-yə çatıb Bu gün, 15:48 İlham Əliyev Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı Bu gün, 15:48 Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR Bu gün, 15:48 İsveç ölkəni tərk edən miqrantlara 37 min dollar ödəyəcək Bu gün, 15:48 Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb Bu gün, 15:48 Adil Kərimli: Aleksandr Şarovski Azərbaycan teatr tarixində mühüm yer tuturdu Bu gün, 15:48 Aleksandr Şarovskinin həyat yoldaşı: Teatr onun həyatı idi Bu gün, 15:48 Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya Bu gün, 15:48 Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus Bu gün, 15:48 CENTCOM İranın iki ABŞ hərbi gəmisini vurması barədə iddiaları təkzib edib Bu gün, 15:48 Məşqçi 4 həftəyə bədən quruluşunu dəyişməyin yolunu açıqladı Bu gün, 15:48 Azercell ilk  yeni nəsil diler mağazasını istifadəyə verir Bu gün, 14:48 Tomat beyin fəaliyyətinə necə təsir edir? Bu gün, 14:48 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir Bu gün, 14:48 Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR