Bu gün, 21:48 68

Bakıda

Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına... Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 34 yaşlı Həsən Məmmədovun (ad və soyad şərtidir) məhkəmə prosesi yekunlaşıb.

İttihama görə, H.Məmmədov 2022-ci ildə Rusiyada cəza çəkdiyi müddətdə müharibəyə cəlb olunub. Ona seçim təklif edilib: ya cəzaçəkmə müəssisəsində qalmaq, ya da döyüşlərdə iştirak etmək. Şərtlərə görə, 6 ay döyüşən məhkumlara yüksək əməkhaqqı, azadlıq, Rusiya vətəndaşlığı və medallar vəd edilib. Təkliflə razılaşan şəxs kəşfiyyat bölməsində qumbaraatan kimi "Telbes" çağırış adı ilə Baxmut döyüşlərinə qatılıb.

Döyüşlərdə ağır yaralanan təqsirləndirilən şəxs Anapa şəhərində müalicə alıb. Bu müddətdə ona vəd olunan pullar verilib və medallarla təltif olunsa da, əsas gözləntisi olan Rusiya vətəndaşlığı verilməyib. Əksinə, o, miqrasiya orqanları tərəfindən saxlanılaraq 2024-cü ildə Azərbaycana deportasiya edilib. Vətənə qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan H.Məmmədov, yenidən Rusiyaya qayıtmaq və vətəndaşlıq almaq üçün müxtəlif yollar axtardığını etiraf edib.

Məhkəmə iclasında o, özünü təqsirli bilərək əsas məqsədinin azadlığa çıxmaq olduğunu deyib. Tibbi ekspertiza onun bədənindəki qəlpə yaralarını təsdiqləyib. Məhkəmənin qərarı ilə Həsən Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hadisə bir daha sübut edir ki, xarici ölkələrdəki münaqişələrdə iştirak etmək Azərbaycan vətəndaşları üçün ciddi hüquqi məsuliyyət yaradır.

Paylaş

Xəbər lenti

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb Bu gün, 22:48 Tramp İranla razılaşma ehtimallarından danışıb Bu gün, 22:48 Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir Bu gün, 22:48 Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb Bu gün, 22:48 Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Bu gün, 21:48 Şəhid atası vəfat etdi Bu gün, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Bu gün, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Bu gün, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Bu gün, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Bu gün, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Bu gün, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Bu gün, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Bu gün, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Bu gün, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Bu gün, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Bu gün, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Bu gün, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Bu gün, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Bu gün, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Bu gün, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Bu gün, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Bu gün, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Bu gün, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Bu gün, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Bu gün, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Bu gün, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Bu gün, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Bu gün, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Bu gün, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Bu gün, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Bu gün, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Bu gün, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Bu gün, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Bu gün, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Bu gün, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Bu gün, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Bu gün, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Bu gün, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Bu gün, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Bu gün, 15:48 "Gənclik" parkının yanında  prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal" Bu gün, 15:48 Nanə Ağamalıyeva "Xatırla"nı təqdim etdi Bu gün, 15:48 AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik Bu gün, 15:48 Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır Bu gün, 15:48 Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq Bu gün, 15:48 Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb Bu gün, 15:48 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar Bu gün, 15:48 Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR