Bu gün, 10:48 67

BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında "Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması –WUF13-ə hazırlıq" mövzusunda tədbir keçirilib.

Bu barədə AVESTA.AZ-ə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, tədbir II Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) diqqəti çəkmək məqsədilə baş tutub.

Azərbaycan, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Məskunlaşma Proqramınının birgə təşkilatçılığı ilə reallaşan tədbir Forum çərçivəsində BMT baş qərargahında nəzərdə tutulan 18 yüksək səviyyəli əlavə tədbirdən biri kimi müəyyənləşdirilib. Tədbirin əsas məqsədi ölkədə keçiriləcək WUF13-ün qlobal təşviqinə dəstək vermək, eləcə də miqrasiya və urbanizasiya prosesləri arasındakı əlaqəni müzakirə etmək olub.

DMX rəisi Vüsal Hüseynov çıxışında Azərbaycanın həm qarşıdan gələn WUF13 tədbirinin ev sahibi ölkəsi, həm də "Çempion ölkələr" təşəbbüsünün cari il üçün həmsədri olduğunu vurğulayıb, bunun Beynəlxalq Miqrasiya İcmalı Forumu və WUF13 çərçivəsində aparılacaq müzakirələr arasında uzlaşmanın təmin edilməsi üçün müstəsna imkanlar yaratdığını bildirib. Miqrasiya və şəhərlərin idarə edilməsi arasında əlaqəyə toxunan Xidmət rəisi miqrasiyanın inkişaf potensialından istifadə imkanlarının genişləndirilməsində bu əlaqənin rolundan bəhs edib. Vüsal Hüseynov hazırki tədbirdə aparılan müzakirələrin Bakıda keçiriləcək WUF13 tədbiri zamanı davam etdiriləcəyini diqqətə çatdırıb.

Daha sonra BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkenin və BMT-nin Məskunlaşma Proqramının Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Frekltonun mövzu üzrə çıxışları dinlənilib.

Ardınca Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin moderatorluğu ilə panel müzakirələri və interaktiv sessiya keçirilib. Hökumət və yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları zamanı miqrantların şəhər mühitinə inteqrasiyası, inklüziv və davamlı şəhərlərin formalaşdırılması, sosial həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasının, həmçinin bu istiqamətdə birgə səylərin əhəmiyyəti xüsusi vurğulanıb.

Bundan əlavə, Forumun ikinci günündə dəyirmi masalar çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunmuş icmal xarakterli ümumi debat baş tutub. BMqT-nin baş direktorunun sədrliyi ilə keçirilən iclasda birinci dəyirmi masa çərçivəsində müzakirələrin nəticələrinə dair xülasə DMX rəisi tərəfindən təqdim olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov həmçinin "Miqrasiya Həlləri: Niyyətdən fəaliyyətə" mövzusunda yüksək səviyyəli dialoqda panel məruzəçi qismində iştirak edib.

O, BMqT-nin baş direktoru, Niderlandın baş nazirinin müavini – sığınacaq və miqrasiya nazirinin, Banqladeşin mühacirlərin rifahı və xaricdə məşğulluq nazirinin müavini, İsveçin miqrasiya nazirinin, eləcə də digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı çempion ölkə qismində sözügedən sənədin icrasının genişləndirilməsinə dair təcrübəsini bölüşüb, texniki və maliyyə dəstəyinin səmərəli istifadəsinin bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadığını bildirib.

Paylaş

Xəbər lenti

Bakı-Sumqayıt qatarının qeyri-iş günlərindəki QRAFİKİ Bu gün, 11:48 Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq Bu gün, 11:48 Balakən kanat yolunun inşasına başlanılıb Bu gün, 11:48 Tanınmış terapevt-uroloq vəfat edib Bu gün, 11:48 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ Bu gün, 11:48 Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu gün, 11:48 Hantavirusla bağlı yeni YOLUXMALAR Bu gün, 11:48 Azərbaycanın büdcə göstəriciləri açıqlanıb: 4 ayda 16 milyard manatdan çox gəlir Bu gün, 11:48 Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏRİ Bu gün, 11:48 Hakim: Məhkəmə cəzanı emosiyaya görə deyil, qanuna əsasən müəyyən edir Bu gün, 11:48 Sarayda avtomobil partlayıb, xəsarət alan var Bu gün, 11:48 Novex Group "InterFood Azerbaijan" 31-ci beynəlxalq qida sənayesi sərgisində iştirak edir Bu gün, 10:48 Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib Bu gün, 10:48 BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib Bu gün, 10:48 Qusarda məşhur şadlıq sarayı BAĞLANDI Bu gün, 10:48 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ Bu gün, 10:48 Türkiyəyə qar yağıb Bu gün, 10:48 Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI Bu gün, 09:48 Qaxda dörd kənd qazsız qalıb Bu gün, 09:48 "Bitcoin"in qiyməti DÜŞDÜ Bu gün, 09:48 "Neftçi" FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb Bu gün, 09:48 Azərbaycan nefti 10 dollara yaxın UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır Bu gün, 09:48 Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub Bu gün, 00:48 Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi Dünən, 23:48 Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik Dünən, 23:48 Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var Dünən, 23:48 Sarkozi şərti azadlığa buraxıldı Dünən, 23:48 Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş" Dünən, 23:48 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı Dünən, 23:48 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb Dünən, 22:48 Tramp İranla razılaşma ehtimallarından danışıb Dünən, 22:48 Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir Dünən, 22:48 Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb Dünən, 22:48 Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Dünən, 21:48 Şəhid atası vəfat etdi Dünən, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Dünən, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Dünən, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Dünən, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Dünən, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Dünən, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Dünən, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Dünən, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Dünən, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Dünən, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR