Bu gün, 14:48 42

Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs:

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

AVESTA.AZ teleqraf-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üçmərtəbəli evdən 19 min ABŞ dolları (32 300 manat) oğurlanıb.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

"Etibar babanın evində nəyin harada olduğunu yaxşı bilirdim"

Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, körpəlikdən Bilgəh qəsəbəsində Etibar Məmmədova məxsus evdə ata-anası ilə birgə yaşayır: "Atam Ramil bağ evində bağbanlıq, anam isə xadiməlik edib. Burada böyüdüyüm üçün Etibar babaya məxsus bağ evində nəyin harada olduğunu yaxşı bilirdim.

İlk dəfə evin 3-cü mərtəbəsində yataq otağındakı dolabda, paltarların altında gizlədilmiş 2 "paçka"nın birindən 3 ədəd 100 dollar çıxardım. Ona görə cəmi 3 ədəd 100 dollarlıq əskinası götürdüm ki, əgər Zenfira xala pulu yoxlamaq istəsə, "paçka"dan 300 dolların əskik olduğunu hiss eləməsin.

Həmin gün dostlarım Rəhman və Ağaverdiyə zəng etdim, bildirdim ki, məndə bir qədər pul var, yeyib-içək.

Rəhman dedi, Məhəmməd adlı dostu bizi öz avtomobilində gəzdirsin, onun qəşəng qız tanışları da olur. Bu minvalla Məhəmmədin "Hyundai" markalı avtomobilində Rəhman və Ağaverdi məni Bilgəh Kardioloji Sanatoriyanın qarşından götürdülər".

"Bağda qızlarla yeyib-içdik"

Təqsirləndirilən şəxs deyib ki, Məhəmmədin Mərdəkan qəsəbəsində icarəyə götürdüyü bağ evində Sumqayıt şəhərindən gəlmiş 6 qızla yeyib-içib, əyləniblər: "Bir gün sonra Rəhmanla əlaqə saxlayıb onu Kardiologiya Sanatoriyanın qarşısındakı kafedə çay içməyə dəvət etdim. Rəhman, Məhəmməd və Aslan adlı dostlarım da kafeyə gəldilər. Söhbət əsnasında məndən soruşdular ki, iki gündə xərclədiyin pul haradandır?

Bildirdim ki, Etibar Məmmədovun evindən 300 dollar oğurlamışam. Ətraflı məlumat verdim ki, onun evinin yataq otağında paltar dolabının içərisində 2 "paçka" 100 dollar gizlədilib.

Bunu eşidən Məhəmməd dedi ki, bir müddət əvvəl icarəyə avtomobil götürüb, ona pul lazımdır. Təklif etdi ki, evdən bir qədər də pul oğurlayım. O gün Etibar babanın evinə gedib daha 600 dollar götürdüm. Təxminən 2 saat sonra Məhəmməd və Rəhman Bilgəhdəki bələdiyyə binasının qarşısına gəldilər. Marketdə quraşdırılmış terminalda pulu Azərbaycan manatına çevirdik".

Əlinin sözlərinə görə, pulu paytaxtın Nizami küçəsində birlikdə xərcləyiblər: "Bu minvalla 2025-ci ilin müxtəlif günlərində evdən hissə-hissə ümumilikdə 19 000 dollar oğurladım. Təxminən 11 000 manatını Məhəmmədə xərclədim. Rəhmana isə 500 manatı əlbəəl verdim.

Aslana avtomobilinin təmiri üçün 1600 manat, Əlibaba adlı dostuma 800 manat vermişəm. Qalan pulları Məhəmməd, Aslan, Rəhman, Ağaverdi, Tamerlan və Əlibaba ilə birlikdə gecə klublarında və müxtəlif restoranlarda xərcləmişik".

"Narahat olma, pul oğurlayacağam"

Əli qeyd edib ki, 2025-ci il sentyabrın əvvəllərində Məhəmmədgil ona zəng edib bildiriblər ki, avtomobillə qəza törədiblər, təmirinə 1500 manat lazımdır: "Cavab verdim ki, narahat olma, Etibar babanın evindən pul oğurlayacağam. Dəqiq tarixini bilmədiyim gündə səhv etmirəmsə, 1000 dollar götürdüm və Məhəmmədə verdim".

Təqsirləndirilən şəxs deyib ki, Etibar Məmmədovun bacısının evində olan hovuzda dostları - Rəhman, Tamerlan, Aslan, Məhəmməd və Əlibaba ilə birlikdə əyləniblər: "Bir qədər sonra Məhəmməddən xahiş etdim ki, avtomobili versin, gedib mağazadan su alım. Bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra təsadüfdən məni yol polisi saxladı. Avtomobil idarə etmək hüququm olmadığından maşın duracağa yerləşdirildi.

Bir gün keçmiş Məhəmməd əsəbi şəkildə zəng etdi və bildirdi ki, avtomobili duracaqdan çıxarmalıyıq, bunun üçün ona ümumilikdə 3450 manat lazımdır. 450 manat cərimə ödəməlidir, icarəyə maşını götürdüyü şirkətə isə 3000 manat verməlidir. Guya avtomobili mənə sürməyə verdiyinə görə şirkət onu 3000 manat cərimələyib.

Məhəmmədin bu tələbindən sonra yenidən həmin yerdən 2500 dollar götürdüm. Mən pulu evdən götürəndə dostum Məhəmməd, Rəhman, Tamerlan və Ağaverdi evin giriş qapısının qarşısında məni gözləyirdilər və tez-tez zəng edərək pulu götürüb-götürmədiyimi soruşurdular. Oğurladığım pulları Azərbaycan manatına çevirdim, Məhəmmədin tələb etdiyi 3450 manatı ona verdim".

"Hədiyyə telefon aldım"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən 3 gün sonra Məhəmməd yenidən zəng edib və bildirib ki, avtomobilin mühərrikində problem yaranıb: "Mühərrikin təmirinə 3500 manat lazım olduğunu söylədi. Ona dedim ki, tez-tez pul götürə bilmərəm, ev yiyələri məndən şübhələnərlər. Amma Məhəmməd təkidlə yenidən evdən pul götürməyimi tələb etdi.

İki gün sonra yenidən eyni üsulla evdən 2800 dollar götürdüm. Bir gün sonra bir daha Etibar babanın evindən dəqiq yadımda deyil, amma təxminən 1000 dollar götürməli oldum. Məhəmməd neçə müddətdir ki, ona "iPhone 13" markalı mobil telefon almağımı istəyirdi. Ona həmin markalı mobil telefon alaraq hədiyyə etdim".

İş üzrə zərərçəkmiş qismində Etibar Məmmədovun oğlu Orxan Məmmədov tanınıb. O, məhkəmə iclaslarında iştirak etməyib. Bu səbəbdən məhkəmədə onun nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, zərərçəkmiş Orxan Məmmədov Əli Əbülhəsənlini, onun atası Ramil Əbülhəsənovu və anası Vüsalə Əbülhəsənovanı təxminən 15 ildir tanıyır. Məmmədovlara məxsus evdə Ramil Əbülhəsənov bağban, Vüsalə Əbülhəsənova isə xadimə olaraq çalışıb.

Nümayəndənin sözlərinə görə, bu iş üçün Məmmədovlar Ramil Əbülhəsənova 600 manat, Vüsalə Əbülhəsənovaya isə 500 manat əməkhaqqı veriblər: "Əli Əbülhəsənli həqiqətən o evdə böyüyüb başa çatsa da, təxminən 3-4 il olar, onun həmin evə sərbəst giriş-çıxışı məhdudlaşdırılıb. Məmmədovlar bu ailəyə yaşamaları üçün normal şəraiti olan birmərtəbəli ev veriblər.

Zərərçəkmiş şəxslər yaşadıqıları evdən 19 000 dolların oğurlandığını aşkar ediblər. Oğurluq müddətində Orxanın atası Etibar müəllim, anası Zenfira xanım orada yaşayıblar. Amma ilin bəzi vaxtlarında xarici ölkəyə gediblər. Əlinin ələlxüsus da günorta saatlarında evə, özü də evin 3-cü mərtəbəsinə qalxmaq şansı ola bilməzdi".

Nümayəndə təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianı müdafiə edib. Amma onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edib.

Cəza məlum oldu

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Əli 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona cəzaçəkmə müddətində Bakı şəhərinin hüdudlarını, eləcə də hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını təmin edib.

Mülki cavabdeh Əli Əbülhəsənlidən maddi zərərə görə 27 800 manat və 174 manat dövlət rüsumu, 100 manat vəkil xərcinin tutulması, cəmi 28 074 manat məbləğində pulun iddiaçı Orxan Etibar oğlu Məmmədova ödənilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, cinayət işində adı çəkilən Etibar Məmmədov xalq hərəkatının tanınmış simalarından biri, hazırda AMİP-in lideridir. Zərərçəkmiş Orxan Məmmədov isə onun oğludur, iş adamıdır.

Paylaş

Xəbər lenti

Meksikada məktəblilər yay tətilinə 40 gün tez çıxacaq Bu gün, 17:48 AFFA-dan "Qarabağ"a SƏRT CƏZA Bu gün, 17:48 Azərbaycanda direktor müavini öldü Bu gün, 17:48 Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ Bu gün, 17:48 İqtisadi Şuranın iclasında turizmin inkişafına dair qərarlar qəbul olunub Bu gün, 17:48 Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob Bu gün, 17:48 Dövlət Xidmətinə rəis müavini təyin olundu Bu gün, 17:48 UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi Bu gün, 17:48 Sevdiyi qızı qaçıran gəncə hökm oxunub Bu gün, 17:48 İranın hücumlarının qarşısı alındı - ABŞ Bu gün, 16:48 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib Bu gün, 16:48 Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" Bu gün, 16:48 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 16:48 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR Bu gün, 16:48 Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır" Bu gün, 16:48 SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib Bu gün, 16:48 Azərbaycanın bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ Bu gün, 16:48 Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 16:48 WUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar? Bu gün, 16:48 Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 16:48 Nərimanovda premium mənzillər - 36 ayadək daxili kredit ilə - "Kristal" Bu gün, 15:48 Dərin narkoz zamanı beyin hələ də məlumatı emal edə bilir Bu gün, 15:48 Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" Bu gün, 15:48 Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb Bu gün, 15:48 "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi Bu gün, 15:48 HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası Bu gün, 15:48 Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu Bu gün, 15:48 Pakistanda sərnişin avtobusu dərəyə aşdı: ölənlər və yaralananlar var Bu gün, 15:48 Simsiz qulaqlıqlardan niyə "tok" vurur? Bu gün, 15:48 Sakin Şuşanın özünəxas təbiəti barədə danışdı: "Əsas xeyirli sular buradadır" Bu gün, 15:48 XİN: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi qəbuledilməzdir Bu gün, 14:48 Bakı-Xırdalan-Bakı qatarlarının yenilənmiş qrafiklə - CƏDVƏL Bu gün, 14:48 AHİK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib Bu gün, 14:48 Ceyhun Əliyev: "Balığın idxalına mərhələli şəkildə vergi tətbiq olunacaq" Bu gün, 14:48 Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib Bu gün, 14:48 İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı Bu gün, 14:48 Qarabağın incisi sayılan Şuşa sürətlə dirçəlir Bu gün, 14:48 Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48 Azərbaycanda dövlət torpaqlarının icarə haqqının hesablanma qaydası dəyişib Bu gün, 14:48 Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim" Bu gün, 14:48 27 dərəcə isti olacaq Bu gün, 13:48 Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU Bu gün, 13:48 Çində sabiq müdafiə nazirlərinə edam hökmü verildi Bu gün, 13:48 ABŞ Yaxın Şərqdən çəkilmir, bölgəyə əlavə qüvvə göndərə bilər Bu gün, 13:48 "Xınalıq" restoranında ofisiant qəfil öldü Bu gün, 13:48 Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 13:48 Nazir müavini: "Heyvandarlıqda yeni subsidiya modelləri tətbiq ediləcək" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR