Bu gün, 19:48 78

Şəkidə

Mayın 10-da müasir Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.

AVESTA.AZ xəbər verir ki, bu münasibətlə mayın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib.

Əvvəlcə mədəniyyət naziri Adil Kərimli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazirliyin məsul əməkdaşları, tanınmış elm, mədəniyyət xadimləri və digər şəxslər Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, müasir dövlətçiliyimizin əsasını qoyan Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər sistemini öz dövlətçilik fəlsəfəsinin və idarəetmə strategiyasının daim mərkəzində saxlayıb. Ümummilli Lider siyasi fəaliyyətinin hər iki mərhələsində Azərbaycan mədəniyyətini milli kimliyimizin qorunmasının əsas mexanizmlərindən biri kimi qiymətləndirib, mədəniyyət dəyərlərini dövlətçiliyimizin inkişafında və milli dəyərlərimizin möhkəmləndirilməsində aparıcı xəttə çevirib.

Qeyd olunub ki, Ümummilli Lider müstəqil respublikamıza rəhbərliyi dövründə də mədəniyyətin, ədəbiyyatın inkişafını diqqətdə saxlayıb. "Ulu Öndər yaxşı bilirdi ki, milli dəyərlərin daşıyıcıları məhz ziyalılar, sənət adamları, yaradıcı şəxslərdir. Onlara göstərilən diqqət və qayğı əslində milli ruhun qorunmasına xidmət edirdi. Heydər Əliyev daim ədəbiyyat və incəsənət aləmi ilə sıx təmasda olur, tamaşa premyeralarından tutmuş, konsert və sərgi açılışlarınadək bir çox mədəni tədbirlərdə şəxsən iştirak edirdi", – deyə nazir bildirib.

Adil Kərimli vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Ölkə Prezidenti tərəfindən mədəniyyətimizin müxtəlif sahələri – teatr, kino, musiqi, təsviri və tətbiqi sənət, tarixi-mədəni irsin qorunması, bərpası, kitabxana, muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, çoxsaylı fərman və sərəncamların imzalanması bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı tarixi bir missiya reallaşdırılır: "Bu gün cənab Prezidentin liderliyində mədəniyyət sahəsində aparılan sistemli islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının həyata keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərə başlanılmışdır. Yeni Mədəniyyət Konsepsiyası məhz Ulu Öndər Heydər Əliyevin ideoloji xəttinin davamıdır. Bu konsepsiya qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin qorunması və inkişafını təmin edən uzunmüddətli strateji baxışı özündə əks etdirir və gələcək nəsillər üçün etibarlı mədəni zəmin yaradır".

Nazir vurğulayıb ki, Heydər Əliyevin mədəniyyət siyasəti yalnız bir dövrü əhatə edən yanaşma deyil, uzunmüddətli strateji baxışdır. Bu baxış bu gün də yaşayır, inkişaf edir və gələcəyə doğru istiqamət verir.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov, tarix elmləri doktoru İradə Hüseynova, Heydər Əliyev Mərkəzi Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Mehparə Fətullayeva və kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədovun çıxışları dinlənilib. Çıxışlarda dahi siyasətçinin mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı əbədiyaşar xidmətlərindən bəhs olunub.

Daha sonra Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin icmalını əks etdirən videoçarx təqdim olunub və mərkəzlərin bir qrup əməkdaşı təltif edilib. Sonda Ümummilli Liderin sevdiyi mahnılardan ibarət konsert proqramı təqdim olunub.

Paylaş

Xəbər lenti

Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU Bu gün, 20:48 Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar Bu gün, 20:48 Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ Bu gün, 20:48 Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib Bu gün, 19:48 Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? Bu gün, 19:48 Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər Bu gün, 19:48 Şəhid xanımına leytenant rütbəsi təqdim olundu Bu gün, 19:48 Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq Bu gün, 19:48 Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib Bu gün, 19:48 SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb Bu gün, 19:48 Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri ifşa olunub Bu gün, 19:48 Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq Bu gün, 18:48 "İmişli" klubu 7 qat Türkiyə çempionu "Trabzonspor"u Azərbaycana dəvət edib Bu gün, 18:48 ABF rəsmisi Vaqif Kazımov: "Heydər Əliyev kuboku-2026" turnirinə güclü boksçular qatılmışdı" Bu gün, 18:48 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq Bu gün, 18:48 Abadlaşan Şuşadan GÖRÜNTÜLƏR Bu gün, 18:48 AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi Bu gün, 18:48 Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU Bu gün, 18:48 "Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə Bu gün, 18:48 Meksikada məktəblilər yay tətilinə 40 gün tez çıxacaq Bu gün, 17:48 AFFA-dan "Qarabağ"a SƏRT CƏZA Bu gün, 17:48 Azərbaycanda direktor müavini öldü Bu gün, 17:48 Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ Bu gün, 17:48 İqtisadi Şuranın iclasında turizmin inkişafına dair qərarlar qəbul olunub Bu gün, 17:48 Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob Bu gün, 17:48 Dövlət Xidmətinə rəis müavini təyin olundu Bu gün, 17:48 UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi Bu gün, 17:48 Sevdiyi qızı qaçıran gəncə hökm oxunub Bu gün, 17:48 İranın hücumlarının qarşısı alındı - ABŞ Bu gün, 16:48 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib Bu gün, 16:48 Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" Bu gün, 16:48 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 16:48 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR Bu gün, 16:48 Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır" Bu gün, 16:48 SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib Bu gün, 16:48 Azərbaycanın bəzi rayonlarına yağış, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA Bu gün, 16:48 Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ Bu gün, 16:48 Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 16:48 WUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar? Bu gün, 16:48 Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 16:48 Nərimanovda premium mənzillər - 36 ayadək daxili kredit ilə - "Kristal" Bu gün, 15:48 Dərin narkoz zamanı beyin hələ də məlumatı emal edə bilir Bu gün, 15:48 Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" Bu gün, 15:48 Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb Bu gün, 15:48 "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi Bu gün, 15:48 HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası Bu gün, 15:48 Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu Bu gün, 15:48 Pakistanda sərnişin avtobusu dərəyə aşdı: ölənlər və yaralananlar var Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR