
Bu gün Misli Premyer Liqasında XXXI tur çərçivəsində iki oyun keçiriləcək.
BAKU.WS xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qonaq edəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səslənəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Hazırda "Qəbələ" 20 xalla turnir cədvəlinin 11-ci, "Qarabağ" isə 62 xalla ikinci pillədə qərarlaşıb.
Daha sonra isə "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" 38 xalla yeddinci, "Araz-Naxçıvan" isə 40 xalla altıncı pillədədir.
17:00. "Qəbələ" - "Qarabağ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov;
VAR: Əli Əliyev;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Ceyhun Haşımov;
AFFA nümayəndəsi: Elman Musayev;
Qəbələ şəhər stadionu.
19:30. "Sumqayıt" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov;
VAR: Kamal Umudlu;
AVAR: Vüsal Məmmədov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Namiq Əliyev;
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.