Bu gün, 10:48 88

"Ölüm haqqında şəhadətnamənin alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yol məhkəmədir, bu isə əlavə xərc və zaman itkisidir".

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev sosial şəbəkə hesabında yazıb.

Ölüm haqqında şəhadətnamənin alınması prosedurunun çətinliyi, yaxını vəfat edənlərin əziyyət çəkməsi, get-gələ salınması mətbuatda dəfələrlə müzakirə olunub, bu barədə şikayətlər işıqlandırılıb.

Problemi yenidən gündəmə gətirən ekspert qeyd edib ki, TƏBİB-ə yeni rəhbər təyinatından sonra ölüm haqqında arayışın alınması prosedurunun asanlaşdırılması istiqamətində səy göstərilsə, yaxşı olar. Onun sözlərinə görə, əsas problem TƏBİB-də sistemin inteqrasiya olunmaması ilə bağlıdır, əks halda sistemə baxıb digər xəstəxanada müalicə almış xəstələr barədə məlumat əldə etmək mümkün olardı.

Bəs problemin həlli istiqamətində hansısa işlərin görülməsi nəzərdə tutulubmu? Qeyd olunan inteqrasiya məsələsi öz həllini tapacaqmı?

Məsələ ilə bağlı TƏBİB-in cavabı belə olub: "Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsinin qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası" ilə tənzimlənir.

"Ölüm haqqında tibbi şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq, ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və ya tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir".

Bu açıqlamadan belə məlum olur ki, TƏBİB proseduru asanlaşdırmaq üçün səlahiyyətli orqan deyil.

Səhiyyə Nazirliyindən də təxminən eyni məzmunda, prosedur qaydalarını aydınlaşdıran cavab verilib: "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"na əsasən "Ölüm haqqında tibbi şəhadətnamə"' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 21 nömrəli kollegiya qərarı ilə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən ölüm haqqında şəhadətnamə həkim və ya feldşer tərəfindən "Ölüm haqqında tibbi şəhadətnamə" elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.

Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə (https://e-health.gov.az/Services?categoryID=2515) əldə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, ölüm haqqında tibbi şəhadətnamə yalnız tibb müəssisələri tərəfindən verilir və göründüyü kimi burada heç bir problem yaşanmamalıdır.

Əlavə olaraq qeyd edək ki, mərhumun meyiti Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin rayon və şəhər şöbələrində müayinə olunduğu halda mərhumun yaxınları həmin gün "Ölüm haqqında tibbi şəhadətnamə"ni ala bilirlər".

Paylaş

Xəbər lenti

Həkim stressə davamlılığı artıran qidaları açıqlayıb Bu gün, 13:48 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib Bu gün, 13:48 Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə parad keçirilib Bu gün, 13:48 Qobustanda dəmiryol stansiyası ərazisində GÜCLÜ YANĞIN Bu gün, 13:48 DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 13:48 Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs həbs olunub Bu gün, 13:48 Zabrat qəsəbəsində boru partladı, ərazini su basdı Bu gün, 13:48 Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb Bu gün, 12:48 Sabah 28 dərəcə isti olacaq - Hava proqnozu Bu gün, 12:48 Azərbaycanda hoteldə yanğın olub Bu gün, 12:48 Madriddə yaşayan azərbaycanlı gənc ölüb Bu gün, 12:48 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Azərbaycan nefti 4 %-dən çox bahalaşıb Bu gün, 11:48 Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı Bu gün, 11:48 "Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisinat CƏZALANDIRILDI Bu gün, 11:48 Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə Bu gün, 11:48 Bu gün Arif Məlikovun anım günüdür Bu gün, 10:48 Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI Bu gün, 10:48 Yol polisindən istirahətə gedənlərə vacib MÜRACİƏT Bu gün, 10:48 BƏDBƏXT HADİSƏ: 25 yaşlı oğlan işlədiyi bağda ÖLDÜ Bu gün, 10:48 "Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur" - Rəsmi açıqlama Bu gün, 10:48 İş adamı restorandan çıxarkən GÜLLƏLƏNDİ Bu gün, 10:48 Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib Bu gün, 09:48 Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı Bu gün, 09:48 Messi bu gənc futbolçunu özünə bənzədir Bu gün, 09:48 39 yaşlı kişi restoranın yaxınlığında güllələndi Bu gün, 09:48 XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib Bu gün, 09:48 Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq Bu gün, 09:48 Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü Bu gün, 00:48 Faşizm üzərində qələbədən 81 il ötür Bu gün, 00:48 FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi Dünən, 23:48 Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Tokayev Moskvaya işgüzar səfər edib Dünən, 23:48 Ağsu dolaylarında qorxulu anlar: Yol çökdü, hərəkət məhdudlaşdırıldı Dünən, 23:48 AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı Dünən, 23:48 "Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu Dünən, 22:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 22:48 "Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı Dünən, 22:48 Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım" Dünən, 22:48 Bakının mərkəzində iki küçə bağlanacaq - XƏBƏRDARLIQ Dünən, 21:48 Bu dəfə imtahanda ən çox bal yığan onlar oldu - FOTOLAR Dünən, 21:48 Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən... Dünən, 21:48 DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib Dünən, 21:48 Nadir Qafarzadə: "İnstaqramdansa TikTok təmizlənsin" Dünən, 21:48 Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU Dünən, 20:48 Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar Dünən, 20:48 Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ Dünən, 20:48 Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR