Bu gün, 20:48 73

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Materiallarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın RBK, "Vedomosti", "Rossiyskaya qazeta", "İzvestiya", RT, REGNUM, "Komsomolskaya pravda", "Moskovski komsomolets", "Vzqlyad", RTVI, Life, URA.RU, Lenta.ru, "Arqumentı i faktı" və digər Rusiya nəşrləri dövlət başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları "boş söz" adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Rusiya mediası Prezident İlham Əliyevin Aİ missiyasının real effektivliyini şübhə altına aldığını vurğulayaraq, Avropa müşahidəçilərinin ilk ciddi təhlükə zamanı ərazini tərk edəcəkləri ilə bağlı fikirlərini ön plana çıxarıb. Bir sıra nəşrlər dövlətimizin başçısının regionda sülhün müəllifi və təminatçısının məhz Azərbaycanın olması barədə bəyanatını xüsusi qeyd ediblər.

Nəşrlər, həmçinin Prezident İlham Əliyevin regional təhlükəsizlik və postmüharibə nizamlanması məsələləri ilə bağlı mövqeyini geniş işıqlandıraraq, Bakının Cənubi Qafqazda sabitliyi müstəqil şəkildə təmin etmək imkanlarına malik olduğunu vurğulayıblar. Materiallarda dövlət başçısının bəyanatlarının Rusiya media məkanında geniş rezonans doğurduğu və günün ən çox müzakirə olunan mövzularından birinə çevrildiyi qeyd olunur.

Türkiyə mətbuatı da Prezident İlham Əliyevin Zəngilan səfərini diqqətdə saxlayıb. "Haber Global" kanalı Prezident İlham Əliyevin şəhərin ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü barədə material yayıb. Nəşrdə dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirildiyi barədə sözləri təqdim olunur.

"Bursa Hakimiyet" də dövlətimizin başçısının Zəngilandakı çıxışına diqqət ayırıb. Materialda bildirilir ki, İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaş qarşıdurmasının dayandırılmasında və sabitliyin təmin olunmasında rolunu xatırladıb. Bu isə sonradan ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb.

Zəngilanın bərpası və inkişafı mövzusunu "Anadolu" agentliyi davam etdirib. Dövlətimizin başçısının sözlərinə görə, Zəngilanda yaradılan "Dost Agropark" işğaldan azad edilən ərazilərdə ilk kənd təsərrüfatı müəssisəsidir.

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Regiondakı nəqliyyat layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə - təxminən bir il və ya il yarımdan sonra Bakıdan Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq.

"Son Dakika" da Zəngilanda kənd təsərrüfatı və bərpa işləri barədə material yayıb. Nəşrdə qeyd olunur ki, Prezident İlham Əliyev şəhərin ilk yaşayış kompleksinə köçən ailələrə açarlar təqdim edib, həmçinin mənzil layihələrinin icrası və aqroparkın inkişafı barədə danışıb.

Gürcüstanın aparıcı informasiya portalları, televiziyaları da Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar.

Interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyi və Ermənistan ilə bağlı fikirlərinə geniş yer ayırıb. Gürcü mətbuatı dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçiləri ilə bağlı tənqidi fikirlərini də oxuculara çatdırıb.

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Belarusun "Sputnik Belarus" nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı sözlərinə diqqət çəkib. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Bakının "Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq" niyyəti olmayıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, avropalı müşahidəçilər elə davranırlar ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar, halbuki buna heç bir ehtiyac yoxdur.

Qazaxıstanın Lada.kz nəşri də bu mövzunu davam etdirərək, Azərbaycan Prezidentinin Avropa İttifaqının müşahidə missiyasını tənqid etməsinə dair material yayıb. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının nümayəndələri sadəcə təhlükəsizlik görüntüsü yaradırlar, halbuki Bakı tərəfindən real təhlükə yoxdur.

Almaniyanın NEX24 nəşri də eyni mövzunu işıqlandıraraq yazır ki, İlham Əliyev Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini tənqid edib. Materialda dövlətimizin başçısının Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığı barədə fikirləri də yer alıb.

Farsdilli Khabar Nab və Khabarpu portalları Ermənistandakı siyasi qüvvələr mövzusuna toxunublar. Materiallarda Prezident İlham Əliyevin Ermənistan cəmiyyətində Azərbaycana nifrət bəsləyən qüvvələrə münasibətdə ayıq-sayıq olmağa çağırışı yer alıb. Khabar Nab, həmçinin dövlət başçısının Azərbaycan torpağının hər qarışının Azərbaycan xalqına məxsus olması barədə sözlərini təqdim edib. Təhlükəsizlik və Ermənistan-Azərbaycan gündəliyi ilə yanaşı, Türkiyə KİV-ləri dövlət başçısının Zəngilandakı çıxışına və keçmiş məcburi köçkünlərin geri qayıdışına da diqqət ayırıb.

"Shafaqna" beynəlxalq informasiya agentliyinin farsdilli versiyası da Azərbaycan Prezidentinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı bəyanatlarına diqqət ayırıb. Materialda bildirilir ki, dövlət başçısı Ermənistanla sərhəd boyunca fəaliyyət göstərən Aİ müşahidəçilərini tənqid edərək, onların elə davrandıqlarını bildirib ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar.

Paylaş

Xəbər lenti

Keçmiş həyat yoldaşına qayınatasının məzarında evlilik təklifi edib Bu gün, 21:48 Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar Bu gün, 21:48 Tramp: "İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır" Bu gün, 21:48 24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var Bu gün, 21:48 Məşhur müğənni texnologiya nəhəngindən 15 milyon dollar tələb edir - SƏBƏB Bu gün, 21:48 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu Bu gün, 21:48 Şadlıq saraylarında SİQARET PROBLEMİ: "Qucağında uşaqla çəkir" - Baku TV Bu gün, 20:48 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi Bu gün, 20:48 ÜST doqquz nəfərdə hantavirusun olmasını təsdiqlədi Bu gün, 20:48 Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb Bu gün, 20:48 Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır Bu gün, 20:48 25 günün əsgəri vəfat etdi Bu gün, 20:48 Minsk qrupunun 28 illik fəaliyyətsizliyi: Kaspşikin villası və dondurulmuş münaqişə Bu gün, 20:48 İki gün ərzində polis əməkdaşları 25 kiloqram narkotiki dövriyyədən çıxarıb Bu gün, 19:48 Leninin nəslindən olan Yelena Ulyanova vəfat etdi Bu gün, 19:48 Kürdəmirdə hərəkətdə olan avtomobil anidən yanıb Bu gün, 19:48 Hantavirusun Avropada yayılması riski aşağı qiymətləndirilir Bu gün, 19:48 Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib Bu gün, 19:48 Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV Bu gün, 19:48 "Barselona"dan Flik qərarı Bu gün, 19:48 Təhsildə əsas problem: Tələbə diplom alır, bilik almır? Bu gün, 18:48 Bakıda Əməkdar müəllim vəfat etdi Bu gün, 18:48 Tünzalə Ağayeva: "Yenidən başlayaq..." Bu gün, 18:48 Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir Bu gün, 18:48 Blogerə nişanında 45 kiloqram qızıl taxıldı - Ayaqüstə dayana bilmədi Bu gün, 18:48 Polad Bülbüloğlu: "Heydər Əliyev milli musiqini də dərindən bilirdi, klassik musiqini də" Bu gün, 18:48 Azərbaycanın güllə atıcıları Avropa çempionatında gümüş medal qazanıblar Bu gün, 17:48 Kürdəmir yolunda avtomobil yandı Bu gün, 17:48 Gürcüstanın yeni Patriarxı seçilib Bu gün, 17:48 Prezidentlə söhbət edən ŞƏHİD ATASI: "Onun duyğulanması məni çox təsirləndirdi" Bu gün, 17:48 Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən ÜÇ GƏNC HƏBS EDİLDİ Bu gün, 17:48 Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı Bu gün, 17:48 Paşinyan Putinin referendum açıqlamasına cavab verdi Bu gün, 16:48 "Həyat yoldaşı Manananın pulu ilə ona iki maşın hədiyyə edib" - Coşqun Rəhimov Bu gün, 16:48 Bakıda mağazadan seyfi oğurladı, çiyninə ataraq apardı - ANBAAN VİDEO Bu gün, 16:48 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı Bu gün, 16:48 Bakıda Beynəlxalq standartlara cavab verən Kliniki Psixologiya Mərkəzi - "Mayak" Bu gün, 15:48 İranda alim casusluq ittihamı ilə edam edildi Bu gün, 15:48 İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb Bu gün, 15:48 Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? Bu gün, 15:48 Armatur satışı adı altında 190 min manatlıq dələduzluq edənlər saxlanılıblar Bu gün, 15:48 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb Bu gün, 15:48 "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib Bu gün, 14:48 Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək Bu gün, 14:48 İki gün rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək Bu gün, 14:48 Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq Bu gün, 14:48 Bəzi rayonlarda külək güclənəcək Bu gün, 14:48 Ramanada marketdən elektron siqaretlər oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR