Bu gün, 12:48 82

Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 60 atış həyata keçirib.

Bu barədə AVESTA.AZ-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, indiyədək yanğın baş verən əraziyə ümumilikdə 150 ton su tökülüb.

Hazırda atışlar davam edir.

***10:37

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin 190 nəfər şəxsi heyəti, 40-a yaxın texnikası və 2 helikopter cəlb edilib.

AVESTA.AZ xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in "112" qaynar xəttinə məlumat daxil olub:

"FHN-in qüvvələri məlumatla əlaqədər əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması alovun söndürülməsini mürəkəbbləşdirib. Hazırda yanğın söndürülməsi işləri davam etdirilir. Yanğına bitişik olan digər anbarlar alovdan mühafizə olunub".

***10:05

Lökbatan qəsəbəsindəki anbarda yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***09:40

Bakının Lökbatan qəsəbəsində anbarda baş verən yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

AVESTA.AZ xəbər verir ki, hadisə yerində cəlb olunan qüvvələrin koordinasiyalı fəaliyyətinin təmin olunması məqsədilə FHN-nin xüsusi qərargahı yaradılıb.

Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Baku TV-nin yanğının baş verdiyi yerdən canlı yayımını təqdim edirik:

***09:19

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

***08.48

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AVESTA.AZ-ə bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

AVESTA.AZ xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***06:21

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarların birində güclü yanğın başlayıb.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş

Xəbər lenti

Əli Əsədovdan qaz sərfiyyatı ilə bağlı YENİ QƏRAR Bu gün, 13:48 Sabah 31 dərəcə isti OLACAQ - HAVA PROQNOZU Bu gün, 13:48 Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı Bu gün, 13:48 Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb Bu gün, 13:48 Lökbatanda yanan "Kontakt Home"un anbarı olub Bu gün, 13:48 Psixoloq işdə stresi tez azaltmağın yolunu açıqladı Bu gün, 13:48 "Kurtlar Vadisi"nin "Çakır"ı özünə 888 minlik motosiklet aldı Bu gün, 13:48 Bu vərdiş qəhvəni zərərli edir - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 13:48 BƏƏ İrana gizli hücumlar təşkil edib - ABŞ mətbuatı Bu gün, 13:48 Alimlər koronavirus və qrip viruslarını səs dalğaları ilə zərərsizləşdiriblər Bu gün, 13:48 Dostu məşhur aktyorun xeyli miqdarda pulunu mənimsədi Bu gün, 13:48 Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ Bu gün, 12:48 Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı Bu gün, 12:48 Abşeron və Binəqədi rayonunda oğurluq edən şəxslər saxlanılıblar Bu gün, 12:48 "Real Madrid" Kənan Yıldız üçün hərəkətə keçdi Bu gün, 12:48 "Qarabağ" fransalı futbolçu ilə anlaşıb? – KLUBDAN AÇIQLAMA Bu gün, 12:48 Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb Bu gün, 12:48 Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4 Bu gün, 12:48 Lukaşenkonun 21 yaşlı oğlunun görünüşü müzakirələrə səbəb oldu Bu gün, 12:48 Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək Bu gün, 12:48 Xocavənd rayonuna daha 18 ailə yola salınıb Bu gün, 12:48 Torpaq icarəsi ilə bağlı yeni qərar hansı yerlərə şamil edilməyəcək? - Rəsmi Bu gün, 12:48 Bakıda velosiped sürənlərin sayında CİDDİ ARTIM VAR Bu gün, 12:48 Toni Kroos Arda Güləri TƏRİFLƏDİ - "Real Madrid üçün çox önəmli olacaq" Bu gün, 12:48 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ Bu gün, 12:48 Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır Bu gün, 11:48 Tanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında Bu gün, 11:48 Parlamentin plenar iclası başlayıb, insan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir Bu gün, 11:48 28 il əvvəl hantavirusdan bu serialda bəhs edilib Bu gün, 11:48 Dünyanın ən isti 50 şəhərinin hamısı bir ÖLKƏDƏ Bu gün, 11:48 Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatıb Bu gün, 11:48 Rusiyada 2 mindən çox miqrantı qanunsuz leqallaşdıran şəbəkə üzvləri həbs edildi Bu gün, 11:48 Səfərbərlik Xidmətindən 20 günün əsgərinin ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMA Bu gün, 11:48 Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb Bu gün, 11:48 Ötən həftə 2129 hektar ərazi minalardan təmizlənib Bu gün, 11:48 "Azeri Light" nefti bahalaşdı Bu gün, 10:48 KİV: Ukrayna sərhədçiləri hantavirusdan ölüb Bu gün, 10:48 Biləcəridə saat 13:00-dan işıq olmayacaq Bu gün, 10:48 WUF13 üçün çəkilən zolaqlara bu halda GİRMƏK OLAR - Əks halda CƏRİMƏ OLUNACAQSIZ Bu gün, 10:48 Zığda qadın sürücünün vurduğu piyada həyatını itirdi Bu gün, 10:48 Rafael İsgəndərov: "Elə bilirlər ki, şou-biznes mafiyadır!" Bu gün, 10:48 KİV: Tramp İranla müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür Bu gün, 10:48 Xabi Alonso "Çelsi"nin baş məşqçisi ola bilər Bu gün, 10:48 Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4 Bu gün, 10:48 69 yaşlı Mehmet Ali Erbil: "Evli qalmağı bacarmıram, lakin bir daha sınayacam" Bu gün, 10:48 Paytaxtın bu küçələrində sıxlıq var - 12.05.2026 Bu gün, 09:48 Multimedia "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır Bu gün, 09:48 Sabirabadda ağır QƏZA - Ölən və yaralananların kimliyi Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR