Bu gün, 14:48 95

Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub

Milli Məclis müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilməsi haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Bundan əlavə, qanuna edilən digər dəyişikliyə görə, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək.

Sənədə görə, bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsində o da vurğulanıb ki, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.

Qüvvədə olan qanuna əsasən isə diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və əlavələrdən ibarət idi.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

Vüsalədən sənət adamlarına: "Mikrofonu sönüb, əli-ayağı dolaşıb bir-birinə..." Bu gün, 15:48 Avropanın ən gözəl yeni otellərinin adları açıqlandı - SİYAHI Bu gün, 15:48 Rusiya prezidentindən alman dili müəlliminə JEST Bu gün, 15:48 Yusuf Güney azadlığa buraxıldı Bu gün, 15:48 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub Bu gün, 15:48 "Survivor Yunanıstan"da bədbəxt hadisə: İştirakçının ayağı kəsildi, yarışma dayandırıldı Bu gün, 15:48 Billi Ayliş karyerasını bitirir? Bu gün, 15:48 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 15:48 Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı Bu gün, 14:48 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA Bu gün, 14:48 Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur Bu gün, 14:48 Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM Bu gün, 14:48 Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir Bu gün, 14:48 Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək Bu gün, 14:48 Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı Bu gün, 14:48 Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub Bu gün, 14:48 Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxıb Bu gün, 14:48 Kia Azərbaycan "Qızıl Açar" lotereyasına start verdi Bu gün, 14:48 Xocavənd rayonuna köçürülən daha 18 ailəyə açarlar təqdim edilib Bu gün, 14:48 İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıblar Bu gün, 14:48 Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4 Bu gün, 14:48 Hörmüz Boğazında son 9 gündə ən yüksək gəmi keçidi qeydə alınıb Bu gün, 14:48 Əli Əsədovdan qaz sərfiyyatı ilə bağlı YENİ QƏRAR Bu gün, 13:48 Sabah 31 dərəcə isti OLACAQ - HAVA PROQNOZU Bu gün, 13:48 Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı Bu gün, 13:48 Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb Bu gün, 13:48 Lökbatanda yanan "Kontakt Home"un anbarı olub Bu gün, 13:48 Psixoloq işdə stresi tez azaltmağın yolunu açıqladı Bu gün, 13:48 "Kurtlar Vadisi"nin "Çakır"ı özünə 888 minlik motosiklet aldı Bu gün, 13:48 Bu vərdiş qəhvəni zərərli edir - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 13:48 BƏƏ İrana gizli hücumlar təşkil edib - ABŞ mətbuatı Bu gün, 13:48 Alimlər koronavirus və qrip viruslarını səs dalğaları ilə zərərsizləşdiriblər Bu gün, 13:48 Dostu məşhur aktyorun xeyli miqdarda pulunu mənimsədi Bu gün, 13:48 Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ Bu gün, 12:48 Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı Bu gün, 12:48 Abşeron və Binəqədi rayonunda oğurluq edən şəxslər saxlanılıblar Bu gün, 12:48 "Real Madrid" Kənan Yıldız üçün hərəkətə keçdi Bu gün, 12:48 "Qarabağ" fransalı futbolçu ilə anlaşıb? – KLUBDAN AÇIQLAMA Bu gün, 12:48 Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb Bu gün, 12:48 Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4 Bu gün, 12:48 Lukaşenkonun 21 yaşlı oğlunun görünüşü müzakirələrə səbəb oldu Bu gün, 12:48 Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək Bu gün, 12:48 Xocavənd rayonuna daha 18 ailə yola salınıb Bu gün, 12:48 Torpaq icarəsi ilə bağlı yeni qərar hansı yerlərə şamil edilməyəcək? - Rəsmi Bu gün, 12:48 Bakıda velosiped sürənlərin sayında CİDDİ ARTIM VAR Bu gün, 12:48 Toni Kroos Arda Güləri TƏRİFLƏDİ - "Real Madrid üçün çox önəmli olacaq" Bu gün, 12:48 Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ Bu gün, 12:48 Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR