
Tayland hökuməti ölkəyə gələn əcnəbilər üçün immiqrasiya nəzarətini gücləndirəcək və turistlər üçün vizasız qalma müddətini 30 günlə məhdudlaşdıracaq.
AVESTA.AZ xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri və baş nazir müavini Sihasak Phuangketkeov məlumat verib.
Onun sözlərinə görə, hökumət artıq bir neçə aydır viza siyasətinə yenidən baxır. Mövcud qaydalara əsasən turistlər ölkədə 60 gün vizasız qala bilir və bu müddət əlavə 30 gün uzadıla bilir.
Lakin Sihasak Phuangketkeov qeyd edib ki, bu sistem "çox uzun" hesab olunur və turizm məqsədi daşımayan şəxslərin bundan sui-istifadə etməsinə şərait yarada bilər. Buna görə də vizasız qalma müddətinin 30 günə endirilməsi planlaşdırılır.
Bundan əlavə, Taylandda turistlər üçün sərhəd nəzarətinin daha da sərtləşdiriləcəyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.