Bu gün, 20:48 65

Tarixi həqiqətləri danan Solovyov Azərbaycana niyə qara yaxmaqla məşğuldur?

Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq regiondakı qüvvələr balansını ciddi şəkildə dəyişib.

Azərbaycanın 2020-ci ildən sonra əldə etdiyi hərbi-siyasi üstünlük, suverenliyini tam bərpa etməsi və regional kommunikasiya layihələrində əsas aktora çevrilməsi bir sıra xarici siyasi və informasiya mərkəzlərində narahatlıq yaradıb. Xüsusilə də uzun illər Qarabağ məsələsindən geosiyasi təsir aləti kimi istifadə edən dairələr mövcud vəziyyətlə barışmaqda çətinlik çəkirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Məhz bu kontekstdə rusiyalı teleaparıcı Vladimir Solovyovun son çıxışları təkcə fərdi fikir və ya emosional ritorika kimi qiymətləndirilə bilməz. Onun "Rossiya 1" telekanalında Qarabağla bağlı səsləndirdiyi fikirlər daha geniş informasiya-siyasi xəttin tərkib hissəsi kimi görünür. Çünki Solovyov uzun illərdir Rusiyada dövlətə yaxın media platformalarının əsas ideoloji simalarından biri hesab olunur və onun çıxışları əksər hallarda müəyyən siyasi atmosferin indikatoru kimi qəbul edilir.

Solovyovun Qarabağın tarixi ilə bağlı manipulyativ yanaşması, xüsusilə Gəncəsər monastırı üzərindən erməni narrativlərini ön plana çıxarmağa çalışması təsadüfi deyil. Burada əsas məqsəd tarixi həqiqətləri araşdırmaqdan daha çox, postmünaqişə dövründə formalaşan yeni regional düzənin legitimliyinə kölgə salmaqdır. İnformasiya müharibələrinin əsas xüsusiyyəti də məhz budur: hərbi mərhələ başa çatdıqdan sonra siyasi və psixoloji təsir vasitələri aktivləşdirilir.

Daha diqqətçəkən məqam isə Solovyovun ASALA terror təşkilatı ilə əlaqələri olmuş Monte Melkonyanı "qəhrəman" kimi təqdim etməsidir. Bu cür yanaşma təkcə Azərbaycana qarşı qərəzli münasibət deyil, eyni zamanda terror və siyasi zorakılıq məsələlərinə seçici münasibətin göstəricisi kimi qiymətləndirilə bilər. Xüsusilə dövlət televiziyasında belə ritorikanın səsləndirilməsi regionda onsuz da həssas olan siyasi münasibətlərə əlavə gərginlik elementi gətirir.

Burada əsas məsələ Solovyovun şəxsiyyəti deyil. Daha vacib sual onun hansı siyasi və informasiya mühitinin məhsulu olmasıdır. Müasir Rusiyada federal televiziya kanalları sırf media platforması funksiyası daşımır; onlar eyni zamanda ictimai rəyin formalaşdırılması və xarici siyasi mesajların ötürülməsi üçün istifadə olunan ideoloji alətlərdən biridir. Bu baxımdan Solovyovun çıxışlarını tamamilə şəxsi təşəbbüs kimi təqdim etmək inandırıcı görünmür.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın daha əvvəl Solovyovla bağlı səsləndirilən tənqidlərə cavab verərkən onun şəxsi platformada çıxış etdiyini vurğulaması diplomatik baxımdan müəyyən manevr imkanı yaradırdı. Lakin bu dəfə məsələ fərqlidir. Çünki söhbət Rusiyanın dövlət televiziyasından gedir və bu, istər-istəməz institusional məsuliyyət məsələsini gündəmə gətirir.

Baş verənlər onu göstərir ki, Cənubi Qafqazda hərbi mərhələnin başa çatması informasiya və ideoloji qarşıdurmanın da bitməsi anlamına gəlmir. Əksinə, regionda yeni reallıqlar möhkəmləndikcə bu reallıqlarla barışmaq istəməyən dairələrin media və təbliğat vasitələri üzərindən daha fəal fəaliyyət göstərməsi müşahidə olunur. Bu baxımdan Solovyovun çıxışı ayrıca bir media hadisəsindən daha çox, davam edən geosiyasi rəqabətin informasiya müstəvisindəki təzahürü kimi qiymətləndirilməlidir.

Paylaş

Xəbər lenti

Rəhim Həsənov 31-ci turun epizodlarını şərh etdi Bu gün, 21:48 Bakıda avtobusula minik avtomobili toqquşdu Bu gün, 21:48 Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT Bu gün, 21:48 Xanhüseyn Hüseynov kövrəldi - "Qədrimi bilməmişəm" Bu gün, 21:48 "Haber Global": İlham Əliyev və Məhəmməd Şahbaz Şərif ikitərəfli münasibətləri müzakirə ediblər Bu gün, 21:48 Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı: "Buraya gəldiyim üçün çox sevinirəm" Bu gün, 20:48 Tarixi həqiqətləri danan Solovyov Azərbaycana niyə qara yaxmaqla məşğuldur? Bu gün, 20:48 Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb Bu gün, 20:48 "Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır Bu gün, 20:48 Yeni yayılan Hantavirusla bağlı BİLMƏDİKLƏRİNİZ - Nədir, necə yayılır və kimlər təhlükədədir? Bu gün, 20:48 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb Bu gün, 20:48 Qəbələnin bəzi əraziləri qazsız qalacaq Bu gün, 19:48 Tiktoker "Eliş"ə hökm oxundu Bu gün, 19:48 Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub Bu gün, 19:48 Sabahdan bu marşrutun avtobusları yenilənir Bu gün, 19:48 Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb Bu gün, 19:48 31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı Bu gün, 19:48 Rossbax WUF13-ə hazırlığa göstərdiyi xüsusi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 18:48 Qızla tanış olmaq üçün görüşə gedib TALANDI - Saxlanılanlar var Bu gün, 18:48 70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadlığa buraxıldılar Bu gün, 18:48 Verilişə 6 milyon dollarlıq saat taxıb gəldi Bu gün, 18:48 Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib Bu gün, 18:48 Xəstə təfəkkürün efirdə təcəssümü - Solovyovun iyrənc qəzəbli obrazı... Bu gün, 18:48 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah bu yollardan istifadə etməyin Bu gün, 18:48 Rüfət Axundov: "Kimsə mənə səhv edəndə xoşbəxt oluram" Bu gün, 18:48 Taylanda səyahət etmək istəyənlərin NƏZƏRİNƏ - Viza ilə bağlı dəyişiklik edilir Bu gün, 17:48 Cəbrayılda siqaret istehsal ediləcək Bu gün, 17:48 Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı Bu gün, 17:48 Serenay Sarıkaya bu adaya köçür Bu gün, 17:48 Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 17:48 Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib Bu gün, 17:48 Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub Bu gün, 17:48 Ermənistanda revanşistlər yenidən hakimiyyətə gəlsə, Azərbaycan necə davranacaq? Bu gün, 17:48 Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı Bu gün, 17:48 Elektron siqaretlərlə bağlı QƏRAR İMZALANDI Bu gün, 17:48 SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir Bu gün, 16:48 WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər Bu gün, 16:48 Pentaqon Ay şəkillərindəki UNO-ların "real obyekt" olduğunu açıqladı Bu gün, 16:48 Nazirlikdən hantavirusla bağlı AÇIQLAMA Bu gün, 16:48 Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır Bu gün, 16:48 Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi oldu - Rəsmi açıqlama olacaq Bu gün, 16:48 Fransız futbolçu eskort qızlar üçün furqon almaqda ittiham olundu Bu gün, 16:48 Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib Bu gün, 16:48 Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin bəzi detalları məlum olub Bu gün, 16:48 "Simpsonlar" hantavirus yayılmasını illər əvvəl proqnozlaşdırıb? - Şok İDDİA Bu gün, 16:48 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI Bu gün, 16:48 Qocalmağın qarşısını almaq üçün bunu müntəzəm olaraq edin Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR