
13-14 may tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı – Baş Konfransının 15-ci sessiyası keçirilir.
BAKU.WS xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir.
Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.
Qeyd edək ki, Baş Konfrans 15-ci çərçivəsində "Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli"nin açılış mərasimi də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.