13-05-2026, 19:48 182

SOCAR-ın prezidenti

SOCAR-ın prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən "Özbəkistanın nefti və qazı (OGU-2026)" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.

BAKU.WS-in məlumatına görə, tədbir çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SOCAR-ın prezidenti Rövşən Nəcəfi, bp şirkətinin baş vitse-prezidenti Ariel Floresi, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib.

Rövşən Nəcəf Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

SOCAR prezidenti Rövşən Nəcəf bp şirkətinin baş vitse-prezidenti Ariel Flores və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə birgə Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və "Uzbekneftegaz" ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə üçtərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən uzaqgörən siyasətə uyğun olaraq, "Üstyurt" layihəsinin uğurla həyata keçirildiyi qeyd olunub.

Müzakirələr zamanı "Üstyurt" investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat fəaliyyətlərinin icrasına, tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Üçtərəfli görüşlərdən sonra bp şirkətinin "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.

SOCAR prezidentinin "MOL Group" şirkətinin icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşündə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Rövşən Nəcəf tədbir çərçivəsində OGU-2026 sərgisi ilə də tanış olub. SOCAR sərgidə öz pavilyonu ilə təmsil olunur. Stenddə SOCAR-ın müxtəlif fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən əməliyyatlar, neft və qaz boru kəmərləri sistemi, yaşıl enerji təşəbbüsləri, rəqəmsal həllər və digər strateji layihələri haqqında məlumatlar ziyarətçilərə təqdim edilir.

Qeyd edək ki, SOCAR-ın pavilyonu OGU2026 beynəlxalq sərgisində "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb.

***17:42

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda nümayəndəlik açacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə "Report" xəbər verir.

Paylaş

Xəbər lenti

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur Bu gün, 00:48 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? Dünən, 23:48 Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub Dünən, 23:48 Estoniyanın Azərbaycanda səfirliyi açılıb Dünən, 23:48 Mourinyo 2029-cu ilə qədər "Real"la müqavilə imzaladı Dünən, 23:48 "Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 23:48 Beyləqanda AĞIR QƏZA: Üç nəfər xəsarət alıb Dünən, 22:48 Dünya çempionatının açılış mərasimi keçirilib Dünən, 22:48 Hansı mövsümi meyvələr allergiya yaradır? - AÇIQLAM Dünən, 22:48 1 həftə sonra məzun olacaqdı... Dünən, 22:48 "5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı Dünən, 21:48 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var Dünən, 21:48 Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib Dünən, 21:48 Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib Dünən, 21:48 Yaşlı azarkeşin Qurban Qurbanov arzusu gerçəkləşdi Dünən, 21:48 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq Dünən, 21:48 "Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?" Dünən, 20:48 Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar? Dünən, 20:48 Sumqayıtda avtoxuliqanlıq edən sürücü ƏLƏ KEÇDİ Dünən, 20:48 Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib Dünən, 20:48 İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayılıb Dünən, 19:48 Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub Dünən, 19:48 DİN 5 tona yaxın narkotik vasitəni məhv edib Dünən, 19:48 Qusardakı torpaq sürüşməsinin ANBAAN GÖRÜNTÜLƏRİ Dünən, 19:48 "Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib Dünən, 19:48 Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb Dünən, 19:48 Ötən ay 68 nəfər Azərbaycana geri qaytarılıb Dünən, 18:48 Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib Dünən, 18:48 Sabah 10 kənddə qaz kəsiləcək Dünən, 18:48 1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA Dünən, 18:48 Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır Dünən, 18:48 Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar tutuldular Dünən, 18:48 Göygöldə iki azyaşlı göldə boğularaq ölüb Dünən, 18:48 "Mənzil 4 nəfərə satılıb, hamısı deyir ki..." - Şirkət vətəndaşın başına necə oyun açıb? Dünən, 18:48 Millimiz iki pillə gerilədi Dünən, 17:48 Bakıda yeni təmayül tədris modelinə qeydiyyat başladı Dünən, 17:48 Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb Dünən, 17:48 II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək Dünən, 17:48 Bu il 116 550 şagird məzun olur Dünən, 17:48 Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb Dünən, 17:48 Parlament boykotu Paşinyana sərf edir, yoxsa yeni legitimlik böhranı yaradır? Dünən, 17:48 Qusarın Laza kəndində sürüşmə olub Dünən, 17:48 120 min dolları oğurlamaq üçün plan qurdular – Binəqədidə iki nəfər tutuldu Dünən, 16:48 İş adamına qarşı 4 milyonluq dələduzluq - Federasiya rəhbərinə ağır cəza istənildi Dünən, 16:48 AAYDA-ya yeni sədr müavinləri təyin olunub Dünən, 16:48 Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib Dünən, 16:48 Gəncəyə dolu yağır Dünən, 16:48 Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR