
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan və Suriya arasında danışıqların əsas mövzusu təcrübə mübadiləsinin genişləndirilməsi və dayanıqlı şəhərsalma sahəsində ən yaxşı dünya təcrübələrinin tətbiqi məsələləri olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov ilə Suriyanın ictimai işlər və mənzil tikintisi naziri Mustafa Əbdül Rəzzaqın görüşü zamanı mənzil tikintisi və bərpa sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin bu sektorla bağlı çağırışlar müzakirə edilib.
"Görüşün yekunlarına əsasən tərəflər Suriya nümayəndə heyətinin WUF13-də iştirak üçün Azərbaycana qarşıdakı səfəri çərçivəsində danışıqlar aparmaq barədə razılığa gəliblər. Məqsəd təcrübə mübadiləsinin genişləndirilməsi və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi olacaq", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Suriyanın İctimai İşlər və Mənzil Tikintisi Nazirliyi mənzil və ölkənin bərpası sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyə çalışır ki, bu da davamlı inkişafa və infrastrukturun yaxşılaşdırılmasına töhfə verməlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.