
Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsidir.
BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat İnstitutunda keçirilən açıq dərsdə deyib.
O bildirib ki, qurulan ailələrdə ənənəvi dəyərləri mütləq qorumaq lazımdır:
"Azərbaycanın statistik göstəricilərinə görə, boşanmaların sayı yüksəkdir. Bunu bəzən iqtisadi, sosial və s. səbəblərlə əlaqələndirirlər. Amma səbəb bunların heç biri deyil. Əsas səbəb Azərbaycanda ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir. Beləliklə ailə modeli dəyişir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.