
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Türkiye Petrolleri A.O." (TPAO) arasında bu şirkətlərin birgə iştirakı ilə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və TPAO-nun Xarici layihələr İdarəsinin rəisi Çağrı Şirin və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz ilə görüşündə aparılıb.
Görüşdə SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu xüsusda, ötən il TPAO şirkətinin "Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş"ə qoşulmasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.