
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Rafiq Cəfərov dəfn olunub.
BAKU.WS report-a istinadən bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
*** 12:55
Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.
R.Cəfərov Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.