
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ekoloji problemlərin həllinə daha çox diqqət yetirməlidirlər.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Vətəndaş Alyansının sədri Banu Nurqaziyeva mayın 16-da Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan sadəcə Şərqlə Qərb arasında strateji körpü deyil:
"Bu, həm də dialoq, etimad və qonaqpərvərlik məkanı, mədəniyyətlərin və ideyaların görüş yeridir. Biz həmçinin ekologiya sahəsində əməkdaşlığı gücləndirməliyik, çünki təbiət siyasi sərhədlər tanımır".
B.Nurqaziyeva həmçinin QHT-lər və vətəndaşlar arasında daimi kommunikasiya üçün vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.
Onun fikrincə, hazırda TDT çərçivəsində könüllülər hərəkatının gücləndirilməsinə ehtiyac var:
"Həmrəylik bizi istənilən sınaqdan daha güclü edir".
Alyans sədri ideyaların və təşəbbüslərin mübadiləsindən danışarkən mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rolunu xüsusilə vurğulayıb:
"Bu, beynəlxalq səviyyəli problemlərin həlli və ünsiyyət yollarının axtarılması üçün platforma təqdim edən bir ölkə kimi Azərbaycanın artan rolunu nümayiş etdirir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.