Bu gün, 13:48 62

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Son illər dünyada baş verən iqtisadi dəyişikliklər, xüsusilə qlobal bahalaşma, artıq hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial və iqtisadi həyatına təsir göstərir. Ərzaq məhsullarından tutmuş nəqliyyat xərclərinə, kitab və dəftər qiymətlərinə qədər bahalaşma dalğası aztəminatlı təbəqə, xüsusilə pensiyaçılar və tələbələr tərəfindən daha çox hiss olunur.

Digər tərəfdən, hökumətin sosialyönümlü addımları, məsələn, ictimai nəqliyyatda tələbələr və pensiyaçılar üçün nəzərdə tutulan mümkün güzəştlər, cəmiyyətin bu dəyişikliklərə daha asan uyğunlaşmasına xidmət edir. Məhz bu mövzular ətrafında sualları deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavablandırıb.

AVESTA.AZ "Qafqazinfo"nun deputatla müsahibəsini təqdim edir:

- Vüqar müəllim, dünyada gedən qlobal bahalaşma ölkəmizdən də yan keçmir, bunu bir tələbə kimi aldığımız kitab-dəftərin qiymətində, gedişhaqlarının artırılmasında daha çox hiss edirik. Sizcə bu bahalaşma nə ilə bağlıdır?

- Azərbaycanda qiymət artımlarının səbəblərindən biri də məhz idxal inflyasiyasıdır. Biz qlobal və regional bazarlarda qiymət artımından sonra ölkəyə idxal edilən məhsulların qiymətlərində də artımlar müşahidə edirik. Amma dövlət Statiska Komitəsinin rəsmi məlumatları göstərir ki, qiymət artımı daha çox ərzaq məhsullarında özünü göstərir. 2025-ci ildə əvvəlki illərə nisbətən qiymətlər 5-7 faiz artıb. Qida məhsullarında 7-9 faiz, qeyri-qida məhsullarında isə 2-4 faiz artım müşahidə edilib. Bu göstəricilər qida məhsullarında olan artımın qeyri-qida məhsullarından daha yüksək olduğunu göstərir. Bu isə Azərbaycana məhsul idxal edən ölkələrdə ərzaq məhsulların qiymətlərinin artması ilə bağlıdır.

- Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara əsasən, ictimai nəqliyyatda tələbələrə güzəştlər edilməsi nəzərdə tutulub. Sizcə bu güzəştlər nə ola bilər?

- Bəli, hazırda ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi istiqamətində qiymətləndirmələr aparılır. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, tələbələr və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsini təklif edirik. Çünki nəticə etibarilə belə güzəştlərin tətbiqi xüsusilə tələbələrin daha aşağı qiymətlə ictimai nəqliyyatdan istifadəsinə imkan yaradar. İnkişaf etmiş ölkələrdə belə dəstəklər var. Ona görə də belə dəstəklər tələbələrin sosial xərclərinin azaldılması baxımından vacibdir. Bu kontekstdən güzəştlərin tətbiqinin həyata keçirilməsi gözlənilir. Bununla bağlı müvafiq dövlət qurumu tərəfindən yeni mexanizmlər hazırlanır. Dəqiq məlumatlar məhz bu mexanizmlərlə bağlı ictimaiyyətə məlumat verildiyi halda məlum olacaq.

- Maraqlıdır, növbəti mərhələdə Azərbaycanda hansı iqtisadi addımların atılması gözlənilir?

- Azərbaycanda dayanıqlı iqtisadi inkişaf templərinin qorunub saxlanması əsas hədəflərdəndir. Biz son dövrlər bütövlükdə islahatların dərinləşməsini müşahidə edirik. Proseslər iqtisadiyyatın ağardılmasına xidmət edir və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir. Ən vacib məqamlardan biri xüsusilə neftdən asılılığın aradan qaldırılmasıdır və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha prioritetdir. Son dövrlər bu istiqamətdə irəliləyiş və uğurlar əldə edilib. Bütün bunlarla yanaşı, ixracatda qeyri-neft sektorunun payının artırılması olduqca vacibdir. Bu, valyuta həcminin artmasına, nəticə etibarilə büdcəyə daha çox valyutanın daxil olmasına gətirib çıxarır.

- Son olaraq, dünyada baş verən müharibələrin iqtisadi proseslərə təsirindən danışmanızı istərdik…

- Regional müharibələr, bütün istiqamətlərə, xüsusilə iqtisadiyyata təsir göstərir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra praktik olaraq qiymətlərin artmasını müşahidə etdik. Bu isə dünyada, eləcə də Azərbaycanda istehlak bazarında qiymət artımına gətirib çıxardı. Müharibələr birmənalı şəkildə region bazarında qiymətlərə təsir göstərir, bəzi məhsulların qıtlığını yaradır, nəticə etibarilə idxal inflyasiyasının sürətlənməsinə gətirib çıxarır. Bu baxımdan idxal inflyasiyası müharibə başladıqdan sonra daha da sürətlənib. Azərbaycanda xüsusilə xarici iqtisadi faktorların minimallaşdırılması ilə bağlı tədbirlər görülür, ərzaq ehtiyatları yaradılır. Bütövlükdə əsas məqsəd ondan ibarətdir ki, strateji məhsulların qiymətlərində dəyişikliklər baş verdikdə bu, Azərbaycanın istehlak bazarına daha az təsir etsin. Bütün hallarda müharibələr region və milli iqtisadiyyatlara təsir göstərir.

Paylaş

Xəbər lenti

WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Bu gün, 13:48 İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər? Bu gün, 13:48 Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb Bu gün, 13:48 Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq - PROQNOZ Bu gün, 13:48 Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb Bu gün, 13:48 İlham Əliyev: Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır Bu gün, 13:48 Şamil Ayrım: Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir Bu gün, 12:48 Sürüşmə baş verən Altıağac-Xızı yolunda SON VƏZİYYƏT Bu gün, 12:48 Banu Nurqaziyeva: WUF13 dünyadakı problemlərin həlli platforması kimi Azərbaycanın mövqeyini gücləndirir Bu gün, 12:48 Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib Bu gün, 12:48 Ölkənin bəzi ərazilərinə yağış yağır, DOLU DÜŞÜR Bu gün, 12:48 19 yaşlı gənc velosipedçi ölüb Bu gün, 12:48 Üztanıma sistemi ilə ödənişdə yaranan problem aradan qaldırıldı - Rəsmi Bu gün, 12:48 Ürəyə ən çox zərər verən məhsullar açıqlandı Bu gün, 11:49 İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH Bu gün, 11:49 Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi Bu gün, 11:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilir Bu gün, 11:48 "Real"ın baş məşqçisindən futbolçuya - "Bir dəqiqə belə oynamayacaqsan" Bu gün, 11:48 Azər Allahverənov: TDT ölkələri QHT-lərinin birgə layihələri inteqrasiya prosesinə töhfə verəcək Bu gün, 11:48 Yaponiyada AES-dən radioaktiv maddə SIZIB Bu gün, 10:48 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb Bu gün, 10:48 Həkim xəbərdarlıq etdi: Çiçək tozuna allergiya bu halda ölümcül ola bilər Bu gün, 10:48 Məşhur həkimə VƏZİFƏ VERİLDİ Bu gün, 10:48 Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər Bu gün, 10:48 BMT iclasında Azərbaycanın proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəklədiyi diqqətə çatdırılıb Bu gün, 09:48 Rayonlarda torpaq BAHALAŞIR Bu gün, 09:48 Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Qarabağ" "İmişli"ni qəbul edəcək Bu gün, 09:48 Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür Bu gün, 09:48 Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ Bu gün, 09:48 "Eşref Rüya" üçün final qərarı verildi Bu gün, 00:48 TDT liderləri insana yönəlmiş və etik süni intellektin inkişafına çağırış ediblər Bu gün, 00:48 Türküstan Bəyannaməsi: "e-Permit" sistemi Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyini artıracaq Dünən, 23:48 Milli Qəhrəman Hökumə Əliyevanın qardaşından duyğulandıran sözlər Dünən, 23:48 TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir Dünən, 23:48 Xırdalanda yol problemi: Sakinlər beziblər Dünən, 23:48 TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər Dünən, 22:48 İlqar Vəlizadə: "Türk dünyası süni intellekt dövrünə qədəm qoyur" Dünən, 22:48 Azərbaycanda pensiyalarla bağlı YENİLİK Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstana səfəri barədə videoçarx paylaşılıb Dünən, 22:48 Bakı dünya şəhərsalmasının paytaxtına çevrilir: WUF13 ən böyük sərgi ilə başlayacaq Dünən, 22:48 Elcan Rəsulov: "Ənənəvi müalicə effekt vermir" Dünən, 22:48 "Haber Global": İlham Əliyev liderlərə müraciət edib Dünən, 21:48 Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər Dünən, 21:48 Dövlət qulluğuna test imtahanının nəticəsi ləğv edilə bilər - Bu hallarda Dünən, 21:48 Masazırda təhlükə yaradan bina tikilir? Dünən, 21:48 FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş Dünən, 21:48 İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı Dünən, 20:48 Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR