Bu gün, 15:48 47

Zakir Həsənov Milli qəhrəmanların ailələlərinə medallar təqdim edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

Bu barədə AVESTA.AZ-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.

Müdafiə naziri Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.

Nazir Şanlı Zəfərimizdən söz açıb, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar.

Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov tərəfindən şəhid qəhrəmanlarımızın ailə üzvlərinə "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.

Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.

*** 14:50

Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim olunub.

AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində keçirilib.

Təqdimat mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.

Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.

Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 7-də imzaladığı Sərəncama əsasən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Zakir Həsənov Milli qəhrəmanların ailələlərinə medallar təqdim edib

Paylaş

Xəbər lenti

Serbiya prezidenti: "Azərbaycanla birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcəyik" Bu gün, 16:48 UN-Habibat: Azərbaycanın "ağıllı şəhər"lər ilə bağlı layihələri təqdirəlayiqdir Bu gün, 16:48 Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib Bu gün, 16:48 Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir Bu gün, 16:48 AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb Bu gün, 16:48 Belarusda nüvə silahının tətbiqi ilə bağlı hərbi təlimlərə start verildi Bu gün, 16:48 İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır Bu gün, 16:48 İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib Bu gün, 16:48 Mavriki Prezidenti: WUF13-ə dəvətinə görə İlham Əliyevə təşəkkür edirəm Bu gün, 16:48 Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib Bu gün, 16:48 Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Azərbaycan dili fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlanıb Bu gün, 16:48 Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır Bu gün, 16:48 XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib Bu gün, 16:48 Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 15:48 Nqa Kor Minq: Azərbaycan WUF13-ün iştirakçı sayına görə rekord müəyyən edib Bu gün, 15:48 Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək Bu gün, 15:48 Moskvada leysan yağışları 122 illik rekordu yenilədi Bu gün, 15:48 Keniya Prezidenti: Afrika üzrə ən genişmiqyaslı mənzil inşaatı layihəsi həyata keçiririk Bu gün, 15:48 İyunun 14-ü magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək Bu gün, 15:48 "Haber Global" İlham Əliyevin Bakıda keçirilən WUF13-dəki çıxışından videosüjet hazırlayıb Bu gün, 15:48 Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm Bu gün, 15:48 Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib Bu gün, 15:48 İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub Bu gün, 15:48 Sadır Japarov İlham Əliyevə təşəkkür edib Bu gün, 15:48 "A.B.İ." serialında gözlənilməz ayrılıq - Məşhur aktrisa layihəni tərk edir Bu gün, 15:48 Zakir Həsənov Milli qəhrəmanların ailələlərinə medallar təqdim edib Bu gün, 15:48 Hikmət Hacıyevdən WUF13 ilə bağlı növbəti paylaşım Bu gün, 14:48 Annalena Berbok: WUF13 mühüm bir dövrdə keçirilir Bu gün, 14:48 Hansı bürclər pul üçün daha çox riskə gedir? Bu gün, 14:48 Macarıstan prezidenti istefa tələbinə rədd cavabı verdi Bu gün, 14:48 İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib Bu gün, 14:48 Bakıda WUF13-ün ikinci günündən FOTOREPORTAJ Bu gün, 14:48 "Haber Global": Azərbaycan WUF13 iştirakçıları ilə uğurlu təcrübəsini bölüşəcək Bu gün, 14:48 Azərbaycan Prezidenti qonaqlara "Sea Breeze"ə baş çəkməyi tövsiyə edib Bu gün, 14:48 İran ABŞ-də keçiriləcək Dünya Çempionatında iştirak edəcək Bu gün, 14:48 Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib Bu gün, 14:48 Samir Əftab Sial: Pakistan WUF13-də Azərbaycanla şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edəcək Bu gün, 14:48 Yayda hansı qidalardan uzaq durmaq lazımdır? – Mütəxəssislərdən tövsiyələr Bu gün, 14:48 Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar Bu gün, 13:48 Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb Bu gün, 13:48 Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq Bu gün, 13:48 İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik Bu gün, 13:48 Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib Bu gün, 13:48 Prezident: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq Bu gün, 13:48 Bərdədə canavarlar 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf etdi Bu gün, 13:48 "Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi" dəyişib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR