
Dünyada mənzil məsələsi ilə bağlı təhlükəsiz, dayanıqlı sistem olmalıdır.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində fundamental olaraq şəhərsalma ilə bağlı gələcək formalaşdırılır: "Hazırda mənzil məsələsi qlobal böhrandır. Bununla bağlı təhlükəsiz, dayanıqlı sistem olmalıdır. Bu təkcə mənzil ilə bağlı deyil, iqlim, insan hüquqları ilə bağlı çağırışdır. Bununla bağlı konkret qərarlar qəbul edilməli və daha sonra fəaliyyətə keçmək lazımdır".
"Təhlükəsiz mənzil təminatı olmadan iqtisadi davamlılıq yaratmaq və əhalini iqlim dəyişikliyinin getdikcə artan təhdidlərindən qorumaq mümkün deyil. Növbəti onillik bizdən bu problemin sadəcə qəbul edilməsindən onun icrasına keçməyi tələb edir", - deyə G.Rzayeva əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.