Bu gün, 12:48 75

Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti prosesdə mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın vəkili Əlövsət Abbasov məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib. Buna səbəb yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki və əmtəəşünaslıq ekspertizanın keçirilməsi, həmçinin ekspertin dindirilməsi barədə vəsatətləri olacağını deyib.

Dövlət ittihamçısı isə məhkəmə istintaqının tamamlandığını əsas gətirərək vəsatətin rədd olunmasını istəyib.

Mehriban Abasquliyevanın digər vəkili Muxtar Mustafayev də vəsaitlərinin təmin olunmasını istəyib. Təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını xahiş ediblər. Yerində müşavirə edən hakimlər heyəti vəsatəti təmin etməyib.

Daha sonra Hamlet Mustafayevin vəkili müdafiə çıxışı edib. Bildirib ki, yanğın hadisəsinin baş verməsində müvəkkilinin günahkar olması iş metallarında sübuta yetirilməyib. O, Hamlet Mustafayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra digər təqsirləndirilən Elnur Əhədlinin vəkili çıxış edərək müvəkkilinin barəsində bəraət verilməsini xahiş edib.

Mehriban Abasquliyevanın vəkilləri Əlövsət Abbasov və Muxtar Mustafayev çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyiblər. Hakimlər onlara çıxışa hazırlaşmaq üçün vaxt veriblər.

Növbəti proses iyunun 3-də davam edəcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Paylaş

Xəbər lenti

Bakıda SPECA Şəhərlər Forumu fəaliyyətə başlayıb Bu gün, 13:48 Fransa WUF13-də mənzil tikintisinə yardım payının artırılmasının lehinə çıxış edib Bu gün, 13:48 İçərişəhərdə ağıllı monitorinq və təhlükəsizlik sistemləri tətbiq ediləcək Bu gün, 13:48 Anar Quliyev: "Bir çox yaşayış binaları seysmik standartlar tətbiq edilməzdən əvvəl tikilib" Bu gün, 13:48 Medianın İnkişafı Agentliyində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib Bu gün, 13:48 Qəbələdə təhlükə saçan qazdoldurma məntəqəsi Bu gün, 13:48 ABŞ-də süni intellektə qarşı narazılıq artır: Milyardlıq layihələr dayandırıldı Bu gün, 13:48 Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film təqdim olunub Bu gün, 13:48 Prezident bir qrup şəxsə medal verdi - SİYAHI Bu gün, 13:48 İçərişəhərdə "Ağıllı qoruq" konsepsiyası tətbiq ediləcək Bu gün, 12:48 Üzərinə 45 kiloqram qızıl taxılan fenomenin ultra lüks evinin görüntüləri Bu gün, 12:48 67 yaşlı aparıcının son halı gündəm oldu Bu gün, 12:48 Nazir müavini: "2060-cı ilə qədər plastik tullantıların həcmi üç dəfə arta bilər" Bu gün, 12:48 UN-Habitat-ın nümayəndəsi: BMT Azərbaycanla birgə işləməyə hazırdır Bu gün, 12:48 Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər Bu gün, 12:48 Rus banklarının xaricdə filial açmasına məhdudiyyət tətbiq oluna bilər Bu gün, 12:48 Sabah 27° isti olacaq Bu gün, 12:48 ADSEA rəsmisi: Su sahəsində problemlər bir dövlətin təkbaşına həll edəcəyi məsələ deyil Bu gün, 12:48 Çin və Rusiya hərbi əməkdaşlığı daha da dərinləşdirəcək Bu gün, 12:48 Azərbaycanda ən çox maaşı kimlər alır? Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əhalinin kütləvi şəkildə didərgin düşməsi ölkə üçün ciddi çağırışlar yaratdı" Bu gün, 11:48 86 yaşlı Al Paçino54 yaş kiçik sevgilisi ilə görüntüləndi Bu gün, 11:48 Dünya Bankının nümayəndəsi: "Qara Afrikada şəhər əhalisinin sayı 1.7 milyarda çatacaq" Bu gün, 11:48 Peruda 5,9 bal gücündə zəlzələ baş verib Bu gün, 11:48 Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü Bu gün, 11:48 Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamam olur Bu gün, 11:48 Bakcell-in dəstəyi ilə gənclər üçün "SummerStack Bootcamp" başlayır Bu gün, 11:48 BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb Bu gün, 11:48 Yapon avtomobili Nissan Magnite - cəmi 27 900 azn Bu gün, 11:48 Mavriki Prezidenti İçərişəhərlə tanış olub Bu gün, 11:48 Rusiya gecə ərzində 273 Ukrayna dronunu vurub Bu gün, 11:48 DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib? Bu gün, 11:48 Lənkəranın 4 kəndində işıq olmayacaq Bu gün, 10:48 Tramp: "Bu müharibəni çox qısa müddətdə bitirəcəyik" Bu gün, 10:48 BMT rəsmisi: Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır Bu gün, 10:48 Mikayıl Cabbarov: Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər Bu gün, 10:48 Rossbax: Qeyri-rəsmi yaşayış məntəqələrinə qoyulan sərmayələr real investisiya kimi qəbul edilməlidir Bu gün, 10:48 Mikayıl Cabbarov: "Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb" Bu gün, 10:48 Hamlet Musayevin qızı həbsdən azad edildi Bu gün, 10:48 BMT rəsmisi: "Bəzi tikinti şirkətləri iqlim şəraitini nəzərə almır, yalnız mənfəət əldə etməyə çalışırlar" Bu gün, 10:48 Qrenlandiya ABŞ-yə etiraz etdi: "Biz təcrübə obyekti deyilik" Bu gün, 10:48 Elvinin "Qarabağ"ın tədbirinə çağırılmaması müzakirə yaratdı - Yola salınır? Bu gün, 10:48 "Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir? Bu gün, 09:48 Parklanma hansı qaydalarla olmalıdır? Bu gün, 09:48 AYNA: WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb Bu gün, 09:48 Çernobılda insanların tərk etdiyi ərazidə heyvanların sayı artıb Bu gün, 09:48 Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub Bu gün, 09:48 UEFA Avropa Liqası: Bu gün final matçı keçiriləcək Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR