Bu gün, 11:48 76

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən hər üç şəxsin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il müddətinə, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs edilmələrini təklif edib. Eyni zamanda o, təqsirləndirilən şəxslərin mülklərinin satılmasını və dəymiş ziyanın ödənilməsini də istəyib.

Vaxt məhdudiyyətindən vəkillər çıxış üçün vaxt istəyiblər.

Növbəti proses mayın 6-na təyin olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Paylaş

Xəbər lenti

Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City Bu gün, 11:48 7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ Bu gün, 11:48 Şahin Mustafayevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir Bu gün, 11:48 Mikayıl Cabbarov: "Zəngəzur dəhlizinin açılması Naxçıvanın daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək" Bu gün, 11:48 İqtisadiyyat naziri: "7 illik gəlir vergisi tətili effektiv olub" Bu gün, 11:48 Avropa 2025-ci ildə iqlim böhranını ağır yaşayıb Bu gün, 11:48 Boğazdakı yük gəmisi Müge Anlının villasına çırpılıb? Bu gün, 11:48 Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var Bu gün, 11:48 Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA Bu gün, 11:48 Kürdəmirdə ev yanıb, bir nəfər ölüb Bu gün, 11:48 Azərbaycan nefti 2 dollardan çox bahalaşıb Bu gün, 10:48 Qubadlıda yeni yaşayış məhəlləsi tikiləcək – 36,2 milyonluq LAYİHƏ Bu gün, 10:48 Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI Bu gün, 10:48 Bakıda qəzaların sayını belə azaltmaq olar - YENİ TƏKLİF Bu gün, 10:48 Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölüb Bu gün, 10:48 Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb Bu gün, 10:48 Zelenski: Ukrayna silah ixracına başlayacaq Bu gün, 10:48 Arzu Əliyeva Şəki səfərindən paylaşım edib Bu gün, 10:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 10:48 "Daha da yaxşı işləyəcəyəm" - Məzahir Pənahov Bu gün, 10:48 Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil" Bu gün, 10:48 Məşhur ticarət mərkəzi BAĞLANIR? Bu gün, 09:48 Bu gün Bakının iki rayonunda qaz kəsiləcək Bu gün, 09:48 "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq Bu gün, 09:48 Ebru Gündeşin estetik əməliyyatının qiyməti hamını şoka saldı Bu gün, 09:48 17-22 may tarixlərində Bakı Metrosunun iş rejimi dəyişəcək Bu gün, 09:48 "PSJ" öz meydanında "Bavariya"nı məğlub edib Bu gün, 08:48 Bakıda evdə YANĞIN: Mənzilin sahibi həyatını itirdi Bu gün, 08:48 Gürcüstanda 10 yaşlı azərbaycanlını maşın vurub öldürdü Bu gün, 08:48 Tovuzda avtomobil divara çırpılıb, üç nəfər xəsarət alıb Bu gün, 08:48 Cərimə hesabına qəzaları azaltmaq mümkündür? Bu gün, 08:48 Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? Bu gün, 00:48 Metalların qiymətləri rekord bahalaşacaq - SƏBƏB Dünən, 23:48 Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? Dünən, 23:48 Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ Dünən, 23:48 İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib Dünən, 23:48 Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib Dünən, 23:48 Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib Dünən, 23:48 Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib Dünən, 22:48 KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib Dünən, 22:48 Kirayə mənzillərlə bağlı VACİB AÇIQLAMA - Qiymətlər... Dünən, 22:48 "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" Dünən, 22:48 BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək Dünən, 22:48 İsrail HƏMAS komandirini öldürdü Dünən, 21:48 İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib Dünən, 21:48 İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər Dünən, 21:48 Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR